Botaniki coğrafiya
Bitki coğrafiyası və ya fitocoğrafiya və ya botaniki coğrafiya — bitki və bitki qruplarının yayılma qanunauyğunluqlarını, eləcə də bitki aləmi müxtəlifliklərinin Yer kürəsində paylanmasını öyrənən botanika bölməsi.
== Tədqiqat istiqamətləri ==
Bitki coğrafiyası bioloji obyektləri, həm bioloji (tipoloji, müqayisəli, ekoloji, tarixi), həm də coğrafi (kartoqrafiya, ölkəşünaslıq, rayonlaşdırma) metodlardan istifadə edərək populyasiya-növ (populyasiyalar, növlər, yarımnövlər, cinslər, fəsilələr və daha ali taksonomik dərəcələr), senotik (bitki qrupları və ya fitosenozlar) və biotik (məhəlli və ya daha böyük ölçüdə bitkilik, flora kompleksləri təşkil səviyyələrində tədqiq edir.
== Tarixi ==
Bitki coğrafiyasının meydana gəlməsi e.ə. IV əsrin sonlarına təsadüf edir. Bu barədə Feofrastın "Bitkilər haqqında tədqiqatlar" adlı 4-cü kitabında qeyd edilmişdir.
Müstəqil elm kimi XVIII əsrin sonu – XIX əsrin əvvəllərində formalaşmışdır. Alman botaniki K.L.Vildenov, onun tələbəsi A.Humboldt, İsveçrə botaniki O.Dekandol və danimarkalı alim Y.Skou – Botaniki coğrafiyanın baniləridir.
Bitki coğrafiyasına dair faktiki materialların toplanması bir çox görkəmli botaniklərin ekspedisiya tədqiqatları ilə bağlıdır. XIX əsrdə ingilis bioloqu E.Forbs, botaniklər D.D. Huker, A. Dekandol, A. Qrizebax, A. Enqler, XX əsrdə ingilis botaniki D.Villis və amerikalı bioloq L. Kruaza bitki coğrafiyası nəzəriyyəsini xeyli zənginləşdirmişlər.
== Müasir vəziyyəti ==
Müasir bitki coğrafiyası areal haqqında (bitkilərin xorologiyası); bitkilərin həyati formaları və onların Yer kürəsində paylanması günəş enerjisinin mənimsənilməsində, üzvi maddələrin əmələgəlməsində, oksigenin, karbonun və bütövlükdə Yer kürəsində bir çox digər həyati əhəmiyyətli birləşmələrin müxtəlif ərazilərdə və müxtəlif landşaftlarda dövranında, biomların ümumi məhsuldarlığında bitkilərin rolu (bitkilərin ekoloji coğrafiyası); yaşayış mühitinin müxtəlifliyi şəraitində bitkilərin məskunlaşması (bitkilərin dinamik coğrafiyası); bitki aləminin Yer kürəsində paylanmasını müəyyən edən zonallıq, sektorluq, hündürlük qurşaqları və s.