botulinoterapiya
boulinq
OBASTAN VİKİ
Botulizm
Botulizm — Clostridium botulinum bakteriyası tərəfindən törədilən nadir və təhlükəli xəstəlik. Botulizm və ya botulismus nadir rastlanan amma çox təhlükəli klostridial infeksiyadır. Botulizm əsasən tok-sienfeksion xəstəlikdir. Botulizm Van Armenger {1896} tərəfindən araşdırılmışdır. Araşdırmasında tam olaraq vetçina yediyi üçün zəhərlənmiş bir qrup insanı və vetçinanı öyrənmiş, ölən bir xəstənin qara ciyəri ilə vetçinadan C botulizmi təcrid etmişdir. Yenə eyni araşdırmacı bu faktora aid toksinləri ortaya qoymuşdur. Toyuqlarda isə 1913-cü ildə ortaya qoyulmuşdur.
Botulizm toksini
Botulizm toksini — hazırda məlum olan bütün zəhərlərdən ən güclüsüdür. Onu çoxlu miqdarda həm maye, həm də quru halında istehsal etmək mümkündür. Botulizm toksini istiyə davamlıdır. Quru halda özünün zəhərliliyini uzun müddət saxlaya bilir ki, buda toksin ehtiyatı yaratmağa imkan verir. Toksinin dadı və iyi olmadığı üçün onu hiss etmək çətindir. Botulizm toksini çox güclü zəhərləmə xüsusiyyətinə malikdir. İnsanların və heyvanların zəhərlənməsi əksər hallarda (90–100%) ölümlə nəticələnir. Ona görə də botulizm toksini düşmənin tətbiq edəcəyi bakterioloji silahın ən çox ehtimal edilən növlərindən biri hesab edilir.

Значение слова в других словарях