BOZAQGÜLÜ

сущ. бот. зорник (род многолетних трав сем. губоцветных)
BOZAQ
BOZALAQ
OBASTAN VİKİ
Bozaqgülü
Bozaqgülü (lat. Phlomis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Bioloji xüsusiyyətləri == Bütöv lanset və oval yarpaqlı, ziqomorflu çiçəkli çoxillik bitki. Çiçəkləri gövdənin yuxarı hissəsində yerləşir. Yayın ortasında çiçəkləyir. Avropa, Asiya və Afrikada çöl,dağ ətəyi və çəmənliklərdə bitir. == Sinonimləri == === Heterotipik sinonimləri === Anemitis Raf. Beloakon Raf. Blephiloma Raf. Hersilia Raf.
Qafqaz bozaqgülü
Phlomis orientalis (lat. Phlomis orientalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinə aid bitki növü.
Tikanlı bozaqgülü
Tikanlı bozaqgülü (lat. Phlomis herba-venti subsp. pungens) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinin phlomis herba-venti növünə aid bitki yarımnövü. Çoxillik, hündürlüyü 30-60 sm, sıx ulduzvari tüklü bitkidir. Yarpaqları saplaqlı, aşağıdakılar uzunsov lansetvari, dilimli, gövdə yarpaqları nazik lansetvari, qıraqları xırda mişarvaridilimli, üstdən çılpaq və ya seyrək tüklü, altdan boz, qısa və sıx ulduzvari tüklüdür. Çiçəkləri kəsik-kəsik 4-6 çiçəkli köbələrdə toplanmışdır, kasacığı boruvari, bizvari, qeyri-bərabər uzun əyilmiş dişcikli, sıx boz tüklüdür. Tacı 15-20 mm uzunluqda, bənövşəyi və ya çəhrayıdır. Toxumları 5 mm uzunluqda, uzunsov, çılpaq qara-qonur rəngdədir. BQ şərqi, BQ Quba sahəsi, Xəzər sahili ovalığı, Qobustanın rayonlarında aşağı və orta dağ qurşağında yayılmışdır. Kolluqlarda, quru, daşlı və gilli yamaclarda, qayalarda, bağlarda, quru çay vadilərində bitir.
Lənkəran bozaqgülü
Lənkəran bozaqgülü (lat. Phlomis herba-venti subsp. lenkoranica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinin phlomis herba-venti növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın endemik növüdür. Regional IUCN Statusu - NT. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdələri 5-6,5 sm hündürlükdədir. Alt[yarpaqlar saplaqlı, enli-yumurtavari, dişicikli, 11 sm uzunluqda, 3,5 sm enində, gövdə yarpaqları üst yarpaqlara oxşayır, üst tərəfdə yaşıl, alt tərəfdə ağımtıldır, ulduzabənzər tükcüklərlə örtülmüşdür. Üst yarpaqlar tamkənarlıdır. Dəstəciklər 2-3, 6-8 çiçəklidir; çiçəkaltlıqları 7-8 mm uzunluqdadır, bizvari, 3 və 8 mm uzunluqda olan dişciklidir. Tac çəhrayı, üst tərəfdən kəsilmiş dodaqlı, aşağı tərəfdə enli-yumurtavari, qısa-lansetvari yan-dilimlidir.
Rassel bozaqgülü
Rassel bozaqgülü (lat. Phlomis russeliana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinə aid bitki növü.
Bozaqgülünəbənzər sığırquyruğu
Bozaqgülünəbənzər sığırquyruğu (lat. Verbascum phlomoides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Flomosia phlomoides (L.) Raf. Thapsus phlomoides (L.) Opiz Verbascum saxatile Salisb. Verbascum thapsiforme subsp. phlomoides (L.) Corb.

Значение слова в других словарях