Bozbulanıq
Şorba formasında hazırlanan xörək adıdır. Mürəkkəb quruluşa malik olan bu söz kök + kök + şəkilçi modeli əsasında formalaşmışdır. “Boz” və “bulanıq” sözləri nitq hissələrinə görə sifətdir. Bişirilən xörəyin rənginə görə belə adlandırılmışdır. Sözün sonundakı -ıq4 şəkilçisi əşya, obyekt, proses adı bildirən isimlər düzəldir.