branden

vi (Welle) coşmaq, çarpmaq
Brandbombe
brandfest
OBASTAN VİKİ
Brandenburq
Brandenburq (alm. Brandenburg‎) — Almaniyanın vilayəti, mərkəzi Potsdamdır. == Haqqında == Almaniyanın şimal-şərqində yerləşən bir dövlətdir. 1050 yaşı olan Brandenburq/Havel şəhəri üç hissədən ibarətdir. Altestadt (Köhnə şəhər), Neuestadt (Yeni şəhər) və Dominsel (Katedral Adası). Köhnə və Yeni şəhər Havel tərəfindən iki hissəyə bölünür. Hər iki əsas qapısı qüllələr, qalan yerlər isə şəhər divarları da köhnə qotik şəhərləri xatırladır. Neustadtsa (Yeni şəhər) yerləşən və 1401-ci ildə inşa edilmiş Kaharinen Kilsəsi buna təsirli bir nümunədir. Altestadtda (Köhnə şəhər) yerləşən Qothard kilsəsi də Katerina kilsəsindən sonra inşa edilmişdir. Onların tikintisində kərpic istifadə olunmuşdur.
Brandenburq-Prussiya
Brandenburq-Prussiya (alm. Brandenburg-Preußen‎) — 1618-ci ildə Brandenburq markqraflığı ilə Prussiya hersoqluğunun birləşməsi nəticəsində yaranmış alman knyazlığı. == Tarixi == Brandenburq hersoqluğunun başında Hohensollernlər sülaləsi (1411-dən) dururdu. Bu nəslin əsası Şvabiyadan gəlir. Bu nəslin əasa 2 qolu var: Nürnberq və Şvabiya. Brandenburqun yüksəlməsinə səbəb otuz illik müharibədən sonra Avropanın şimalının və Baltik dənizinin ticarət üçün əhəmiyyətinin artması olmuşdur. Paytaxtı Berlin şəhəri idi. Əkinçilik və qoyunçuluq yaxşı inkişaf etmişdir. Böyük kürfürüst adlanan Fridrix Vilhelm (1640–1688) Hollandiyada mükəmməl siyasət dərsi, tarix dərsi, hərb dərslər almışdı O, 30 illik müharibədən sonra ölkənin düşdüyü ağır vəziyyəti nəzərə alaraq, yalnız Brandenburqun qorunub saxlanması istiqamətində siyasət yeridirdi. "Membra unis kapitis" adlanan siyasət yeritdi.
Brandenburq darvazası
Brandenburq qapısı (alm. Brandenburger Tor‎) — Almaniyaın Berlin şəhərində yerləşən 18-ci əsr aid olan abidədir. == Tarixi == Qapının qurulması Alman imperiyası dövrünə təsadüf edir. Qapının tikintisi 1788-ci ildə başlamışdır. 6 Avqust 1791-ci ildə təkcə kral ailəsinin istifadə etməsi məqsədilə açılmışdır. Qapının sütunları insanda heyranlıq hissi yaradan memarlıq xüsusiyyətlərə malikdir. Tikilişdə Karl Qottard Lanqans və Yohann Qottfrid Şadou iştirak edirdi. Əsas bina 12 sütün üzərində hazırlanmış qapılar arasında 5 aralıq vardır. Krallıq dövründə xalq yalnız ilk iki qapıdan keçmək hüququna malikdirlər. Mərkəz qapıdan isə yalnız kral ailəsi keçə bilər.
Brandenburq qapısı
Brandenburq qapısı (alm. Brandenburger Tor‎) — Almaniyaın Berlin şəhərində yerləşən 18-ci əsr aid olan abidədir. == Tarixi == Qapının qurulması Alman imperiyası dövrünə təsadüf edir. Qapının tikintisi 1788-ci ildə başlamışdır. 6 Avqust 1791-ci ildə təkcə kral ailəsinin istifadə etməsi məqsədilə açılmışdır. Qapının sütunları insanda heyranlıq hissi yaradan memarlıq xüsusiyyətlərə malikdir. Tikilişdə Karl Qottard Lanqans və Yohann Qottfrid Şadou iştirak edirdi. Əsas bina 12 sütün üzərində hazırlanmış qapılar arasında 5 aralıq vardır. Krallıq dövründə xalq yalnız ilk iki qapıdan keçmək hüququna malikdirlər. Mərkəz qapıdan isə yalnız kral ailəsi keçə bilər.
Erix Brandenberger
Erix Brandenberger (15 iyul 1892 - 21 iyun 1955) İkinci dünya müharibəsi zamanı Üçüncü Reyxin tərkibində vuruşan alman general. Müharibə ərzində 8-ci Tank diviziyası və daha sonra Qərb cəbhəsində 29-cu Ordu Korpusuna komandan təyin olunmuşdur. Arden əməliyyatı zamanı Qərb cəbhəsində dislokasiya olunmuş 7-ci Orduya komandan təyin olunmuşdur. O, 6 may 1945-ci ildə amerikanlar tərəfindən əsir götürülmüş və 1948-ci ildə sərbəst buraxılmışdır.
I Fridrix Vilhelm (Brandenburq kürfürstü)
I Fridrix Vilhelm (alm. Friedrich Wilhelm von Brandenburg‎; 16 fevral 1620[…], Berlin Şəhər Sarayı – 29 aprel 1688, Potsdam Şəhər Sarayı[d], Potsdam) — Brandenburq kürfürstü, Prussiya hersoqu. == Fəaliyyəti == Böyük kürfürüst (alm. Großer Kurfürst‎) adlanan Fridrix Vilhelm (1640–1688) Hollandiyada mükəmməl siyasət dərsi, tarix dərsi, hərb dərslər almışdı. O, 30 illik müharibədən sonra ölkənin düşdüyü ağır vəziyyəti nəzərə alaraq, yalnız Brandenburqun qorunub saxlanması istiqamətində siyasət yeridirdi. "Membra unis kapitis" adlanan siyasət yeritdi. Mahiyyət etibarilə ittifaqın üzvü hissəsi mənasını verir. Dövlətin ayrı-ayrı hissələri özlərinin vahid bir siyasi sistemin üzvləri kimi qəbul etməyə başladı. Ayrı-ayrı şəhərlərin və zadəgan mülklərinin imtiyazları azaldılırdı. Sərt idarəetmə sistemi yaradılırdı.
Karlhaynz Brandenburq
Karlhaynz Brandenburq (ing. Karlheinz Brandenburg; 20 iyun 1954, Erlangen, Bavariya) — Alman elektrik mühəndisi və riyaziyyatçıdır. == Həyatı == Karlhaynz Brandenburq 20 iyun 1954-cü ildə Erlangen şəhərində anadan olmuşdur == Fəaliyyəti == Alman tədqiqatçısı Karlhaynz Brandenburq MP3 musiqi formatının yaradıcılarından biridir. MP3 formatının üstünlüyü ondadır ki, o, səs fayllarını keyfiyyətini saxlamaqla 10 dəfəyə yaxın sıxmağa imkan verir. İlk dəfə o, Syuzan Veqanın "Tom’s diner" mahnısını MP3 formatında kodlaşdırmışdır. Hazırda Brandenburq Almaniyanın ən nüfuzlu elmi tədqiqat müəssisələrindən biri olan Fraunqover İnstitutunun (Fraunhofer-Institute) şöbə müdiri vəzifəsində çalışır. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Brandenburqlu Doroteya
Brandenburqlu Doroteya (dan. Dorothea af Brandenburg; 1430[…], Brendenburq marqravlığı[d] – 10 noyabr 1495[…], Kalunnborq[d]) — Danimarka, Norveç və İsveç kraliçası. 12 sentyabr 1445-ci ildə Kopenhagendə Danimarka, Norveç və İsveç kralı Bavariyalı Xristoforla evləndirildi. Ancaq bu nigahdan övladı olmadı. Ərinin ölümündən sonra Kalmar birliyində çıxan taxt mübarizəsi boyunca taxt naibəsi olaraq Danimarka krallığını idarə etdi və 1448-ci ildə hakimiyyəti I Kristiana həvalə etdi. 26 oktyabr 1449-cu ildə yeni kral I Kristianla evləndi və yenidən Danimarka kraliçası oldu. Cütlüyün bu nigahdan 5 övladı dünyaya gəlsə də, bunlardan ikisi uşaq yaşda öldü. Olaf (1450-1451) Kanut (1451-1455) I Con Marqarita I Fridrix == Mənbə == Carstens, W. "Die Wahl König Christian I. von Dänemark zum Herzog von Schleswig und Graf von Holstein im Jahre 1460" [The election of King Christian I of Denmark as Duke of Schleswig and Count of Holstein in 1460]. Zeitschrift der Gesellschaft für Schleswig-Holsteinische Geschichte (alman). Kiel: Gesellschaft für Schleswig-Holsteinische Geschichte.