breit

adj. 1. enli (Süd. : a. ənli), geniş; 2 Meter ~ enli 2 Metr; e-e ~e Straße geniş bir yol, enli küçə; ~er werden genişlənmək, gənəlmək, enləşmək; 2. (Nase, Fuß) yastı; 3. (weitschweifig) ətraflı, gən-bol; sich ~ machen 1. (Angst) yayılmaq; 2. (Person) F sərələnmək, uzanmaq; adv. lang und ~ eninə-uzununa
breiig
breitbeinig
OBASTAN VİKİ
Breitbart News
Breitbart News Network, daha çox Breitbart News, Breitbart və ya Breitbart.com olaraq tanınır — ABŞ konservativ şərhçi Endrü Breytbart tərəfindən 2007-ci ilin ortalarında yaradılmış ifrat sağ xəbər, məqalə və şərh saytı. Ümumi olaraq, saytın jurnalistlərinin ideoloji cəhətdən hərəkət etdiyi düşünülür və məzmununun böyük bir hissəsi liberallar və ənənəvi konserativlər tərəfindən qadınsevməz, homofobik, ksenofobik və irqçi adlandırılmışdır. Saytda bir sıra konspirasiya nəzəriyyələri, Çin əleyhinə ksenofobik nümunələr və qəsdən yanıldıcı məzmun dərc edilmişdir. "Breitbart News" keçmiş icraçı sədr Stiv Bennonun idarəsi altında alternativ sağın tərəfini tutmuşdur. Bennon 2016-cı ildə saytı "alt-sağın platforması" adlandırmışdır. "Breitbart News" 2016-cı ildə Donald Trampın prezidentliyə namizədlik kampaniyasını dəstəkləyənlərin virtual meydanına çevrilmişdi. Şirkətin menecmenti keçmiş heyət üzvü Maylo Yannopulos ilə birlikdə neonasist, falunqun və ağdərili üstünlüyü fikirlərini qoruyan qrup və fərdlərdən ideyalar dərc və təbliğ etmişdir. 2016-cı il ABŞ prezident seçkilərindən sonra saytın mübahisəli mövqelərini qınayan internet aktivizmi nəticəsində 2 mindən çox təşkilat "Breitbart News" saytını reklam alışlarından çıxarmışdır. Şirkətin baş qərargahı ABŞ-nin Kaliforniya ştatındakı Los-Anceles şəhərində yerləşir, lakin Texas, London və Yerusəlimdə büroları mövcuddur. Saytın həmtəsisçisi Larri Solov Endrü Breytbatrın dul yoldaşı Suzi Breytbart və Merser ailəsi ilə birlikdə şirkətin ortağı, eləcə də icraçı direktorudur.