BRING

v 1. gətirmək; Bring me the book Kitabı mənə gətir / gətirin; 2. səbəb / bais olmaq, törətmək, doğurmaq, oyatmaq; This sad news brought tears to her eyes Bu qəmli xəbər onun gözlərinin yaşla dolmasına səbəb oldu; 3. çatdırmaq; to ~ water to the boil suyu qaynama dərəcəsinə çatdırmaq; to ~ to ruin xaraba vəziyyətinə salmaq; to ~ to an end / to close sona / başa çatdırmaq; to ~ into action 1) hərəkətə gətirmək, işə salmaq; 2) cəbhəyə atmaq; 4. gəlir gətirmək / vermək; The goods brought low prices Mal aşağı qiymətə satıldı; 5. qaldırmaq (iş); to ~ an action against smb. bir kəsə qarşı iş qaldırmaq; 6. təqdim etmək; irəli sürmək (iddia, şikayət, sübut); to ~ charges against a person bir şəxsə qarşı ittiham irəli sürmək / qaldırmaq; 7. inandırmaq, vadar /’ məcbur etmək; to ~ smb. to do smth. bir kəsi bir iş görməyə məcbur etmək; I cannot bring myself to believe Mən özümü inandıra bilmirəm; to ~ smb. to his sense bir kəsin ağlını başına gətirmək;

◊ to ~ to account məsuliyyətə cəlb etmək, izahat tələb etmək; izahat istəmək; to ~ to light aşkar / müəyyən etmək; to ~to naught 1) heçə / yoxa çıxartmaq; 2) var-yoxdan çıxartmaq; to ~ to a hammer hərraca qoymaq; to ~ into being yaratmaq, həyata gətirmək, həyat vermək; to ~ the water to smb.’s mouth bir kəsin ağzını sulandırmaq / iştahasını açmaq; to ~ back qaytarmaq, qaytarmağa məcbur etmək; All library books must be brought back before June Kitabxana kitabları iyun ayının 20-sinə kimi geri qaytarılmalıdır; to ~ down 1) endirmək; enmək; The pilot brought the plane down gently Pilot təyyarəni ehmalca endirdi; 2) enməyə məcbur etmək; to ~ a plane with gunfire təyyarəni atəşlə yerə enməyə məcbur etmək; to ~ on 1) səbəb olmaq; Going out in the rain brought on a fever Yağışda çölə çıxmaq qızdırmaya səbəb oldu; 2) kömək etmək; More study should bring you on in English Çox işləmək sənin / Sizin ingilis dilini öyrənməyinə/öyrənməyinizə kömək edəcək; to ~ round özünə gətirmək; Tom has fainted: try to bring him round Tom huşunu itirib; çalış / çalışın onu özünə gətir/gətirin; to ~ up 1) böyütmək, tərbiyə etmək / vermək; to ~ children uşaqları böyütmək / tərbiyə etmək; 2) qusmaq / qaytarmaq; He brought up his dinner O, yediyini qusdu / qaytardı

BRINESPRING
BRINK
OBASTAN VİKİ
Bring Me the Horizon
"Bring Me the Horizon" 2004-cü ildə İngiltərənin Sheffield şəhərinin Yorkshire bölgəsində bir neçə yerli metal qrupunun dağılışından yaranan detkor və metalkor musiqi qrupudur (2015-ci ildən etibarən rok qrupudur). Qrup özünəməxsus bu adını "Pirates Of The Caribbean" filmində "Jack Sparrow"un "Bring me that horizon" deməsi ilə almışdır. Qrup «that» kəliməsini «the» edərək orjinal hala gətirmişdir. Qrupun üzvləri bu şəxslərdir: Vokalist - Oliver Sykes , elektro gitarist - Lee Malia , bass gitarist - Matt Kean , zərbçi - Matt Nicholls , klavyeçi və DJ - Jordan Fish. Qrup əsasən metal musiqinin 2 növündə - Metalcore və Death metal (yaxud Deathcore) tərzlərində çıxış edir. "Bring Me the Horizon" qrupu ilk studiya albomunu 2006-cı ildə çıxarmışdır. Albomun adı "Count Your Blessings" olmuşdur. Albomda əsasən çıxış etdikləri 2 metal janrından (Metalcore və Deathcore) Deathcore önə çıxır. Bu albomdan sonra qrup bir neçə tanınmış metal qrupu ilə turnelərə çıxır. Əsas əks-sadə doğuracaq əlamətdar hadisə isə onların möhtəşəm metal qrupu Iron Maiden ilə turneyə çıxması olur.
Fragaria × bringhurstii