brioloqluq
briozoylar
OBASTAN VİKİ
Briozoylar
Briozoylar (lat. Ectoprocta və ya Bryozoa) — İlkağızlılar yarımbölməsindən onurğasız heyvan tipi. Hazırda 4000 növü məlumdur, onlardan Xəzər dənizində 6 növ qeyd edilmişdir. Bowerbankia imbricata, Bowerbankia grasilis, Paludicella articulata, Victorella pavida Xəzərdə geniş yayılmışlar. Conopeum seurati Xəzər dənizinə 1958-ci ildə Azov dənizindən gəlmişdir. Hazırda bioloji örtüklərin əmələ gəlməsində mühüm rol oynayır. == Sinonim == Ectoprocta (Nitsche, 1869) == Haqqında == Briozoylar oturaq həyat tərzi keçirən dəniz heyvanları olub, nadir hallarda şirin sularda rast gəlinir. Briozoylar koloniya halında yaşayırlar, onların koloniyaları hidroid və mərcan poliplərinin əmələ gətirdikləri koloniyaları xatırladır. Koloniyalar bir neçə on santimetrlə ölçülür, koloniyanı təşkil edən hər bir fərdin ölçüsü isə 1mm- dən böyük olmur. Briozoy koloniyaları şaxəli budaq, yarpaq dəstəsi, bəzən bir müstəvi üzərində yerləşən lövhə şəklində olur.
Briozoylar (Bryozoa)
== Ümumi xarakteristika == Bu tipə aid olan canlılar su, əsasən oturaq kolonial həyat tərzi sürən dəniz heyvanlardır. Ayrı-ayrı fərdlərin ölçülərinin 1–3 mm-i aşmadığı halda briozoy koloniyalarının ölçüləi 1 m²-i aşır. Bu koloniyalar çox müxtəlif formalarda olur. Onların bir qismi əlverişli səthlərdə (daş, çanaq, yosun) qabıq və topa şəklini, bəziləri yelpik və ya kol şəklini alır. Buna görə də bəzi briozoy koloniyaları xarici görünüşünə görə mamır örtüyünə, digərləri mərcan poliplərinə və yosunlara bənzəyir. Briozoy koloniyası çoxsaylı mikroskopik fərdlərdən (zooidlər) ibarət olur. Bu fərdlərin hər biri xitinoid və ya jele xanalarında (zooesiy, sistid) yerləşir. Zooesilərin dəliklərindən zooid bədəninin ön hissəsi (polipid) çıxır. Bu hissə kirpikcikli qısqac yelpiyinə (lofoform) malik olan ağız dəliyidir. Qısqaclarda yerləşən yelpiklərin hərəkəti su axınını briozoyun ağız hissəsinə yönəldir.
беззако́нничать волеизъявле́ние клип намы́ливаться несоедини́мость раздробленность бо́йко запра́шиваться ненецкий поря́дочный сбочиться со́нный фу-ты ну-ты эже́ктор полтора apastron Elias inconvenient pseudograph rightless roborant надгробие стахановка умещаться хризолит