bufet-mətbəx 2021

bufet-mətbəx
bufet-kafe
bufet-yeməkхana
OBASTAN VİKİ
Mətbəx
Mətbəx — iki mənada işlənir: qida hazırlanan otaq. ölkələrinə, millətlərinə görə yemək növləri, kulinariya. Mətbəx otağı — müasir evlərdə əsas otaqlardan biridir. Adətən yemək otağına yaxın yerləşir. Mətbəx otağında soyuducu, qaz və ya elektrik plitəsi, qab yuyan, qab və qazanları yığmaq üçün müxtəlif dolablar və s. olur.
Molekulyar mətbəx
Molekulyar mətbəx (ing. Molecular gastronomy) və ya Molekulyar kulinariya — yemək və desertlərin hazırlanmasına elmi yanaşma; fiziki-kimyəvi mexanizmləri nəzərə alan mətbəx. Molekulyar kulinariyaya alternativ kulinariya da demək olar. Molekulyar kulinariya 1992-ci ildə meydana gəlsə də, son illərdə geniş yayılmağa başlayıb. Kimyaçı Erve Tisa və fizik Nikolas Kurti yemək hazırlanmasına ciddi laborator tədqiqat tələb edən bir məsələ kimi baxırlar. Onlar əmin olublar ki, suflenin hazırlanması zamanı baş verən proseslər Veneranın atmosferinə nisbətən daha az öyrənilib. Bu zaman yeməklər vakuum şəraitində aşağı temperaturda hazırlanır. Molekulyar mətbəx inqredientlərin bişmə zamanı fiziki və kimyəvi dəyişikliklərinə əsaslanır. Belə ki, yemək hazırlanması zamanı maddənin molekulyar əlaqələrini qırdıqda, həmin maddənin yeni, qeyri-adi xüsusiyyətləri üzə çıxır. Nəticədə maddənin forması, dadı dəyişə bilər; maddəyə təsir etməklə onu molekulyar mərhələdə dəyişib ondan yeni maddə alınır.
Mətbəx (teleserial)
"Mətbəx" (rus. Кухня) — Rusiya komediya teleserialı. «ВБД Групп» QSC sifarişi ilə «Кейстоун Продакшн» tərəfindən çəklir. Serial Moskvada yerləşən «Claude Monet» fransız mətbəxi restoranında baş verən hadisələrə həsr edilib.
Mətbəx debatı
Mətbəx debatı (ing. Kitchen Debate) — ABŞ-ın vitse-prezidenti Riçard Nikson və SSRİ Nazirlər Şurasının sədri Nikita Xruşşov arasında 24 iyul 1959-cu ildə Moskvada "Sokolniki" parkının sərgi mərkəzində Amerika Milli Sərgisinin "ABŞ Sənaye Məhsulları"nın açılışında keçirilən bir sıra ekspromt dialoqlar. Sərgi, təşkilatçılarının fikrincə, istənilən amerikalının əldə edə biləcəyi bir evi nümayiş etdirdi. Ev Amerika istehlak bazarının məhsullarını nümayiş etdirən yeni məişət texnikası ilə dolu idi. == Debatlar == Mətbəx debatı 1955-ci ildə Cenevrədə keçirilən görüşdən sonra ABŞ və SSRİ liderləri arasında ilk yüksək səviyyəli görüş idi. Sərgidə mətbuat agenti kimi iştirak edən Uilyam Lyuis Safirin dediyinə görə, dialoqlar sərginin müxtəlif yerlərində, lakin əsasən şəhərətrafı evin nümunəvi mətbəxinin ərazisində aparılıb. Nikson və Xruşşov kapitalizm və sosializmin üstünlüklərini müzakirə etdilər. Müzakirələr 1957-ci ildə “Sputnik”in buraxılması ilə 1962-ci ildəki Kuba raket böhranı arasında dünya siyasi sistemləri arasında qarşıdurma fonunda baş tutmuşdu. Əksər amerikalılar belə hesab edirdilər ki, Niksonun ölkədəki populyarlığını artıran debatda qalib gəlməsi oldu. Müzakirə ABŞ-ın liderlik etdiyi yeni texnologiya olan rəngli videolentdə qeydə alınıb; debat zamanı Nikson bunu Amerikanın çoxsaylı texnoloji nailiyyətlərindən biri kimi göstərdi.
Mətbəx (teleserial, 2012)
"Mətbəx" (rus. Кухня) — Rusiya komediya teleserialı. «ВБД Групп» QSC sifarişi ilə «Кейстоун Продакшн» tərəfindən çəklir. Serial Moskvada yerləşən «Claude Monet» fransız mətbəxi restoranında baş verən hadisələrə həsr edilib.
Parisdə mətbəx (film, 2014)
Parisdə mətbəx (rus. Кухня в Париже) – Dmitri Dyaçenkonun gözlənilən Rusiya komediya filmi. "Mətbəx" sitkomunun davamıdır. Filmin kinoteatrlarda ilk göstərilməsi 1 may 2014-cü ilə nəzərdə tutulub.