BUHTUNNƏSR
yəhudiləri məğlub edərək Qüdsü dağıtmış qədim Babil hökmdarı olmuşdur. Dini rəvayətlərə görə, bu məğlubiyyətin səbəbi yəhudilərin Tanrının yolundan uzaqlaşmaları və böyük günahlar işləmələri olmuşdur. Buhtunnəsrin onlara etdiyi zülmlər, Tanrının cəzası kimi dəyərləndirilmişdir.
Bu hadisələr zamanı yəhudilərin çoxu öldürülmüş, sağ qalanlar isə sürgün edilmişlər. Babil imperiyasının müxtəlif yerlərinə sürgün edilən yəhudilər, 70 ilə yaxın müddətdən sonra Babili məğlub edən İran çarları onları sürgün həyatından qurtarmış və öz yurdlarına qayıtmalarına icazə vermişdirlər.