BUXARLANMA

maddənin maye və bərk haldan qaz halına keçməsi prosesi, bitkinin transpirasiyası, heyvanat aləminin tərləməsi, onların tənəffüsü, həmçinin torpaq səthindən buxarlanma nəticəsində rütubətinin atmosferə keçməsi. Adətən buxarlanma dedikdə suyun buxara çevrilməsi başa düşülür. Temperatur yüksəldikcə buxarlanma artır. Torpaq sət-hindən suyun buxarlanması me-teoroloji şəraitdən, torpağın nəmliyindən, mexaniki tərkibindən, bitki örtüyünün sıxlığından asılıdır. Buxarlanmadan aqrotexniki üsulların hazırlanmasında, suvarma vaxtının və normasının təyin edilməsində, kənd təsərrüfatı bitkiləri çeşidlərinin quraqlığa davamlığına görə rayonlaşdırılmasında istifadə olunur. Su kütləsindən buxarlanma ilə üç istiqamətdə su itir: a) diffuziya ilə; b) mexaniki buxarlanma ilə; c) transpirasiya ilə; Su kütləsi səthindən buxarlanan suların miqdarı aşağıdakı üsullarla təyin edilir: 1. Buxarlandırıcı cihazlar vasitəsilə; 2. Hidrometeoroloji üsulla; 3. Turbulent diffuziya (və ya aerodinamik) üsulla; 4. İstilik balansı üsulu ilə; 5. Su balansı üsulu ilə;
BUFER ZOLAQLARI
BUXARLANMA DƏRƏCƏSİ
OBASTAN VİKİ
Buxarlanma
Buxarlanma — maddənin maye haldan qaz halına keçməsi prosesi, bitkinin transpirasiyası, heyvanat aləminin tərləməsi, onların tənəffüsü, həmçinin torpaq səthindən buxarlanma nəticəsində rütubətin atmosferə keçməsi. Buxarlanma sürətdən, temperaturdan, mayenin növündən və mayenin açıq səthinin sahəsindən asılıdır. Sublimasiya-maddənin bərk halından birbaşa qaz halına keçməsidir. Desyblimasiya-maddənin qaz halından birbaşa bərk halına keçməsidir Adətən buxarlanma dedikdə suyun buxara çevrilməsi başa düşülür. Su ilə kifayət qədər təmin olunmuş ərazilərdə temperatur yüksəldikcə buxarlanma da artır. Torpaq səthindən suyun buxarlanması meteoroloji şəraitdən, torpağın nəmliyindən, mexaniki tərkibindən, bitki örtüyünün sıxlığından asılıdır. Buxarlanmadan aqrotexniki üsulların hazırlanmasında, suvarma vaxtı və normasının təyin edilməsində, kənd təsərrüfatı bitkiləri çeşidlərinin quraqlığa davamlığına görə rayonlaşdırılmasında istifadə olunur. Torpaq və su səthindən buxarlanmaya meteoroloji şərtlər təsir edir. Bitkilərin rütubətliyə olan tələbi müəyyən üsullar ilə təyin edilir. Bunun üçün ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin buxarlandırma qabiliyyəti, torpağın rütubətliyi, yağıntıların miqdarı, buxarlanma qabiliyyəti kimi əsas şərtlər nəzərə alınır.

Значение слова в других словарях