Börse

die; -, -n 1. (Geldbeutel) pul kisəsi; 2. H birja; (Süd. : burs)
böig
Börsenbericht
OBASTAN VİKİ
Börsen
Börsen (dan. Børsen) — Kopenhagenin mərkəzində, Slotsholmen adasında, kral IV Xristianın əmri ilə 1619–1640-cı illərdə tikilmiş Kopenhagen birjasının binasıdır. Memarlar – Stenvinkel qardaşları binanı flamand intibahı üslubunda, dörd əjdahanın bükülmüş quyruqları şəklindəki 56 metrlik şpillə tamamladılar. Binanın birinci mərtəbəsi malların saxlanması üçün qırx kiçik bölməyə ayrılır, ikinci mərtəbəsində isə ticarət əməliyyatlarının aparılması üçün geniş zal yerləşir. 1745-ci ildə bina Nikolay Eytved tərəfindən təmir edildi, birjanın qədim interyerləri isə 1855-ci ildə dəyişdirildi. Kopenhagen birjası 1625-ci ildən 1974-cü ilə qədər Börsen binasında yerləşirdi. 1918-ci ildə bina anarxist işsizlərin hücumuna məruz qaldı. 16 aprel 2024-cü ildə yenidənqurma işləri zamanı bina yanğın nəticəsində dağılmış, 56 metrlik şpil çökmüşdür. Vikianbarda Börsen ilə əlaqəli mediafayllar var.