Bərabərayaqlılar
Bərabərayaqlılar (lat. İsopoda)-xərçəngkimilərin ən müxtəlif və çoxsaylı qruplarından biri.
== Xarici görünüşü ==
Bərabərayaqlı xərçəngkimilərin bədəni uzunsov və ya çox yastılanmış, nadir hallarda oxlovvari formada olur. Bədəni baş, döş və qarıncıqdan ibarət olur. Ətrafları ayaqçənələrə çevrilmiş birinci döş seqmenti də başın tərkibinə daxil olur. Bəzən ikinci döş seqmenti də başla bitişmiş olur. Gözləri oturaq, mürəkkəb, fasetdir, sayı iki yüzdən bir neçə yüzədək olur. Çox vaxt gözləri reduksiyaya uğramış olur və ya olmur. Baş iki cüt bığcıq və ağız çıxıntıları ilə təchiz olunmuşdur. Arxa antenalardan adətən qısa olan ön antenalar həmişə yeganə olub, 3 buğumlu saplaqdan və qamçıdan ibarət olur.