cadu-fal

cadu-fal
cadu
cadu-pitik 2021
OBASTAN VİKİ
Fal
Fal — gələcəklə bağlı məlumat əldə etmək məqsədilə fövqəltəbii qüvvələrlə təmas qurmağı nəzərdə tutan ritual; Sehrin fərqli növü; Gələcək həqiqətləri və ya sadəcə bilinməyən faktları öyrənməyə imkan verən və bir çox millətlərin mədəniyyətlərində mövcud olan okkultik metodları və ritualları özündə birləşdirir. == Tarixi == Türk xalqlarında falın yaranmasının tarixi çox qədimlərə gedir. Şərqi Türküstanda tapılmış VIII əsrə aid edilən “Irq bitik” faldan bəhs edən ən mükəmməl əlyazma hesab olunur. Zərlə fala baxmanın prinsiplərinin verildiyi bu kitab ilk arifmomantika nümunəsi sayılır. Türk xalqlarında qədimdə nisbətən sadə, bəsit fala baxma üsullarından (məsələn, odla, oxla, heyvan içalatı ilə və s.) istifadə olunmuşdur. İslam dinində falçılıq müsbət qəbul olunmamış, hətta bu işlə məşğul olmaq kafirliyə bərabər tutulmuş, dua yazmaq, cadu etmək, paltarın üstündə dua-pitik gəzdirmək, gələcəkdən xəbər vermək Allahın işinə qarışmaq kimi qəbul olunmuş və belə adamların qırx gecəlik namazının qəbul olunmadığına inanılmışdır. Dünyasını dəyişmiş falçıları torpağın qəbul etməməsi haqqında rəvayətlər bu gün də xalq arasında dolaşmaqdadır. Bu mənfi münsibətlərə baxmayaraq, islam dini falçılığı məişətdən təcrid edə bilməmişdir. Qədimdə xalq məişətində çox güclü mövqeyi olan fal icra vasitələrinə görə aşağıdakı növlərə ayrılır: Piromantiya (odla fala baxma); Hidromantiya (su ilə fala baxma); Nekromantiya (ruhları çağırmaqla fala baxma); Ornitomantiya (quşların uçuşu ilə fala baxma); Xiromantiya (əl çizgilərinə görə fala baxma); Astrologiya (ulduzlarla fala baxma); Arifmomantiya (rəqəmlərlə fala baxma). == Fal Azərbaycanda qeyri-maddi mədəni irs nümunəsi kimi == Azərbaycanda “fala inanma, faldan da qalma” məsəli əslində falçılığın Azərbaycan məişətində nə qədər geniş yayıldığının bir göstəricisidir.
Cadu
Cadugər, bir çox dində və mifologiyada pis məqsədlərlə istifadə etdiyi sehrli gücləri olduğuna inanılan insan. Qədim mədəniyyətdə qara paltarlı, iti uclu papağı olan, süpürgə ilə uçan bir qadın olaraq təsvir edilir Cadugərlik, ilə yaxından əlaqəlidir. Hər falçı bir cadugər ola bilməz, ancaq, cadugər çox yaxşı bir falçıdır. Mistisizim ilə məşğul olan insanlar cadugərliyi belə izah edirlər:"Cadugərlər; pisniyyətli, bədbin və dağıdıcıdırlar. Mistik elmlərlə məşğul olmaqları onları inanılmaz sehrli güclərlə təmin edir. Hadisələrin ged falçılıqişini və insanların həyatını, zərər verərək dəyişdirə bilərlər. Məqsədləri çox böyük zənginliyə nail olmaqdır. Bu da , sadəcə digər insanlara zərər verərək əldə oluna bilər. Onlara təsadüfən rast gəlmiş birinə rahatlıqla əzab verə bilər, xəstəlik verə bilər, hətta , öldürəbilərlər. Toplu olaraq yaşayan qadınlardan ibarətdir və Qara Kraliça adlanan istedadlı liderləri vardır." Mistisizimlə məşğul olan çox insan(islam dini ilə məşğul olanlarda daxil olmaqla) mistik elmlərdə dahiləşmiş və pisniyyətli bu qadınlara, yəni cadugərlərə inanırlar.
Pəri cadu
"Sehirli pəri" və ya "Pəri cadu" — 1901-ci ildə azərbaycanlı dramaturq Əbdürrəhim bəy Haqverdiyev tərəfindən yazılmış faciə pyesi. 1901-ci ildə Şuşadan Bakıya qayıtdığı zaman pyesi bitirmişdir. Pyes milli dram qızıl fonduna daxil edilmiş, uğur qazanmışdır, Tiflis, İrəvan, Naxçıvan və digər şəhərlərdə səhnəyə qoyulmuşdur. 1924-cü ildə Mirseyfəddin Kirmanşahlı tərəfindən səhnələşdirilən Bakıda Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində qoyulmuşdur. "Pəri cadu" pyesində, «Azərbaycan tarixi» (Bakı, 1960, cild 2-ci) monoqrafiyasının müəlliflərinin fikrinə görə, "Bəxtsiz cavan" pyesində olduğu kimi Haqverdiyev işləyənlər üçün sevgisini və səmimiyyətini ifadə edirdi. Ədəbiyyatşünas Əziz Şərifin sözlərinə görə, "Pəri cadu" simvolik dramasında Haqverdiyev insanın şəxsi xoşbəxtliyini sorğulamışdır. Əziz Şərif qeyd edirdi: Teatr mütəxəssisi Cəfər Cəfərov qeyd edir ki, "Pəri cadu" pyesi onun canlılığı və doğruluğu üçün dəyərlidir. Cəfərovun sözlərinə görə N.Nərimanovun "Şamdanbəy", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxıb yağmura düşdük", "Hacı Qara" əsərləri kimi Haqverdiyev, pul mübadiləsi, mülkiyyət ideyalarını ortaya qoyur və onların bu faciəli nəticələrini aydın şəkildə nümayiş etdirir əlaqələr və fikirlər irəli sürür. Cəfərovun sözlərinə görə, "Pəri cadu" pyesin tərzi və forması Azərbaycan səhnəsinin tarixində tamamilə yeni bir fenomen idi. Mənbələr Kamran Məmmədov (Önsöz yazarı).
Pəri cadu (pyes)