CAYNİZM

eradan əvvəl VI əsrdə Hindistanda meydana gəlmiş dini-fəlsəfi təlim.
CASİYƏ
CEHAR
OBASTAN VİKİ
Caynizm
Caynizm (sanskr. जैन, cayna, sanskr. जिन, cina, "qalib" sözündən) — e.ə. VI əsrdə Hindistanda yaranmış qeyri-ortodoks qədim hind dini. Caynizm "qalib" mənasında olan Cina və ya "böyük qəhrəman" mənasında olan Mahavira ləqəbli bir şahzadə olan Vardhamana Jinata tərəfindən qurulan dini bir hərəkatdır. Hindistana mənsub olan bir din olaraq, caynizm e.ə. VI əsrdə ortaya çıxmışdır. Caynizm milli bir xarakterə sahib olub, Hindistandan kənara çıxmamışdır. Hindistanda ən çox yaşadıqları ərazilər Uttar-Pradeş və Madhyadır. Hazırda caynistlərin sayı təqribən 3 milyona çatır.