cazibəsizlik
cazpərəst
OBASTAN VİKİ
Vaqif Sadıxov (cazmen)
Vaqif Sadıxov (6 iyun 1946, Bakı) — Azərbaycanlı cazçı. == Həyatı == 1946-cı il iyun ayının 6-da Bakı şəhərində anadan olub. Hələ Bülbül adına məktəbdə təhsil alarkən, Vaqif Sadıxovu ona görə vunderkind adlandırırdılar ki, o, çox çətin əsərləri öz yaşına uyğun olmayan bacarıq və asanlıqla ifa edir və musiqini mütləq qavrama qabiliyyətinə malik idi, və eləcə də onun çox gözəl xarici görünüşü bu ada layiq idi. Ağ sifətli, toppuş, tamamilə ev uşağı, saçının səliqə ilə daranması buna sübut idi. Vaqifin atası — məşhur həkim, oğlunun nailiyyətlərinə hədsiz sevinir və oğlunu babası, məşhur tar ifaçısı Sadıxcanın davamçısı kimi görürdü. Lakin Vaqifin əmisi oğlu, caz həvəskarının maqnitofon kasetini qulaq asmaq üçün gətirməsi ilə hər şey dəyişdi. Oskar Piterson… Mən onun musiqisini eşidəndə başım gicəlləndi, və sonralar mən özümü onsuz təsəvvür etmirdim. Vaqif məktəbdə simfo-caz təşkil edir və bununla da atasını məyus edir. O konservatoriyada oxuyarkən cazı ifa edirdi. Ümumiyyətlə, Vaqif haqqında "konservatoriyada oxuyarkən" ifadəsi o qədər də düzgün olmazdı, belə tələbə Vaqifə qədər və ondan sonra da olmamışdır.