CHARM

charm1

n I 1. cazibə, lətafət, məlahət, zəriflik, cazibədarlıq, gözəllik, füsunkarlıq, hüsn; ~ of style üslubun zərifliyi / incəliyi / qəşəngliyi / gözəlliyi; She has charm O, gözəldir / lətafətlidir / məlahətlidir; 2. ovsun, sehr; ovsunlama; to act like a ~ möcüzə yaratmaq (dərman haq.); to be under a ~ ovsunlanmaq; 3. tilsim, dua, gözmuncuğu

n II gurultu, səs-küy, hay-küy

charm2

v 1. heyran / valeh / məftun / cəzb etmək; She charms every man she meets O görüşdüyü hər bir kişini məftun / cəzb edir; 2. ovsunlamaq, tilsimləmək, tilsimə salmaq; The witch charmed the princess and she fell asleep Cadugər qadın şahzadə xanımı ovsunladı və o yuxuya getdi / yatdı; 3. ilanı öyrətmək / əhliləşdirmək / ovsunlamaq

CHARLESTON
CHARMER
OBASTAN VİKİ
Charm
Charm — ABŞ müğənnisi Clairo-nun üçüncü studiya albomu. 12 iyul 2024-cü ildə buraxılacaq. Albomdan ilk sinql “Sexy to Someone” 23 may tarixində yayımlanıb.
Charm School
Charm School — Roxette qruppunun albomudur.