CHICK

n 1. cücə, çolpa; 2. quş balası

CHIC
CHICKEN
OBASTAN VİKİ
Evidently Chickentown
Evidently Chickentown (azərb. Şübhəsiz ki, çolpa şəhəri‎) — Böyük Britaniya şairi Con Kuper Klark tərəfindən yazılmış poema. Poema faydasızlıq və qıcıqlandırma hissi yaratmaq üçün təkrarlanan təhqirlərdən istifadə edir. Klarkın 1980-ci ildə buraxılmış "Snap, Crackle & Bop" albomunun bir hissəsi olan poemanın sözlərində realizm, musiqisində isə qorxuducu və tündməcaz notalar mövcuddur. Poemanın sözləri Endrü Ceyms Freyzer Bler tərəfindən Kapitan Hemiş Bler təxəllüsü altında yazılmış "The Bloody Orkneys" əsəri ilə oxşarlığı var. Klark 2009-cu ildə bildirmişdir: "Mən onu bilə-bilə koplayamadım. Lakin mən yəqin ki, həmin peomanı illər əvvəl dinləmişəm. Bu, heyranedicidir". "Evidently Chickentown" Denni Boylun 2001-ci ildə çəkdiyi "Fahişə" və Jak Audiarın 2012-ci ildə çəkdiyi "Pas və sümük" filmində səsləndirilib. Klark Anton Korbeynin 2007-ci ildə çəkdiyi "Kontrol" filmində özünü canlandırır və bu peomanı səsləndirir.
Kentucky Fried Chicken
KFC (Kentucky Fried Chicken — ing. Kentuki Qovrulmuş Toyuq) — 1930-cu ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi. "Kentucky Fried Chicken" və ya qısaca KFC kimi tanınan fəstfud restoranları ilk dəfə Kentukki ştatının Luisvil şəhərində açılmış, 1952-ci ildə isə Ohayo ştatının Cənubi Solt Leyk şəhərciyində françayzinq əsasında ilk restoranı yaradılmışdır. == Tarixi == === KFC-nin 11 şəfalı otu və sousu === KFC firmasının menyu sirləri 1930-cu illərdə benzin doldurma məntəqəsini işlədən Harland Sandersin müştərilərinə satdığı toyuqlardan qaynaqlanır. O, 1936-cı ildə müharibə zamanı əsgərə getməməsinə baxmayaraq, uğurlarına görə əyalətindən medal belə alıb. Bu sahədəki uğurlarını davam etdirən Sanders bir restoran zənciri qurmağa başlayır. Amma şirkətin ən böyük uğurlarından biri 11 şəfalı ot və özəl sousları olur. Bu menyunun sirrini isə Koka-Kola firmasında olduğu kimi sadəcə 2 idarəedici bilir. KFC-nin baş ofisində sirr saxlanılır. Baş ofisdə üstdəki mühafizə şefinin açıqlamasına görə, sirrin qorunduğu məkanın 2 metr qalınlığında divarları var.