CHIEF

chief1

n 1. rəhbər; lider; rəis, şef; müdir; ~ of a library kitabxana müdiri; Republican party ~s respublikaçılar partiyasının rəhbərləri / liderləri; ~ of police polis rəisi; 2. başçı (qəbilənin, klanın); hökmdar, əmir, padşah; Red Indian ~ hindu tayfasının başçısı; robber ~ quldurbaşı, quldurların başçısı;

◊ in ~ əsasən, başlıca olaraq

chief2

adj 1. baş, böyük; ~ editor baş redaktor; ~ engineer 1) baş mühəndis; 2) baş mexanik; ~ librarian kitabxana müdiri; 2. əsas, vacib, başlıca; the ~ problem / question, etc. başlıca problem / məsələ və s.; Tne chief thing to discuss is this Başlıca müzakirə edilməli məsələ budur; the ~ thing to do görülməli başlıca iş; the ~ rivers in Azerbaijan Azərbaycanın əsas çayları; ~ business əsas məşğuliyyət / iş; Smoking is one of the chief causes of lung cancer Ciyər xərçənginin başlıca səbəblərindən biri papiros çəkməkdir;

◊ ~ mourner rəhmətə gedənin ən yaxın qohumu / dostu

CHIDE
CHIEFLY
OBASTAN VİKİ
Chief Keef
Chief Keef (əsl adı: Kit Farrel Kozart; 15 avqust 1995, Çikaqo) — amerikalı repçi, müğənni, mahnı yazarı və musiqi prodüseri. Çikaqonun South Side bölgəsindən olan o, musiqi karyerasına yeniyetmə yaşlarında başlayıb və 2010-cu illərin əvvəllərində buraxdığı miksteyplərı sayəsində tez bir zamanda məşhurluq qazanıb. Repçi 2012-ci ilin martında “I Don't Like” (Lil Reese-in iştirakı ilə) mahnısını buraxıb. Bu mahnı uğur qazanmış və ölkənin ən məşhur hit-paradı olan Billboard Hot 100-ə daxil olmuşdur. Mahnının populyarlaşmasından sonra sənətçinin həmyerlisi olan məşhur repçi Kanye Vest bu mahnının remiks versiyasını da yaratmışdır. Chief Keef-ə müqavilə imzalatmaq üçün bir çox nüfuzlu musiqi şirkətləri gərgin rəqabətlər aparıblar. Sonda, çoxsaylı təkliflər və söz-söhbətlərdən sonra, Interscope Records sənətçi ilə müqaviləni uğurla təmin edərək qalib gələn iddiaçı olur. O, "Love Sosa" adlı sinqlını 2012-ci ildə buraxır. Bu mahnı, eyni ilin dekabrında çıxan "Finally Rich" adlı debüt studiya albomu ilə oxşar uğur qazanır. Chief Keef hip-hop alt janrı olan drillin populyarlaşdırılmasında mühüm rol oynamışdır.
Chieftain
İstehsalçı ölkə: Böyük Britaniya Tip: Əsas döyüş tankı İstehsalçı firma: Leyland Motors İstehsal tarixi: 1965 – 1983 Xidmətə giriş ili: 1966 – günümüzə İstehsal sayı: 2265 ədəd Ekipaj: 4 nəfər == Ölçülər == Ağırlığı: 55 ton Uzunluğu: 7.5 m Lülə daxil olmaqla: 10.8 m Lülənin uzunluğu: 6.6 m Eni: 3.5 m Hündürlüyü: 2.64 m Klirens: 0.51 m == Müdafiə == Zireh: 35 – 196 mm qalınlığında yayılmış tökmə polad 12 ədəd 66 mm-lik sis bombası == Performans == Zəminə təzyiq: 0.9 kq/sm ² Dalış dərinliyi: 1 m (şnorkelsiz), 4.5 m (şnorkellə) Xəndək keçmə: 3.15 m Maneə keçmə: 0.9 m Qalxma bucağı: 30º Mühərrik: Leyland L60 Mk 7A dizel At gücü: 750 Asqı tipi: Horizontal Coil Sprin Transmissiya: TN 12 Yanacaq çəninin tutumu: 890 litr Maksimal sürət: 48 km/saat Yolsuzluqda: 30 km/saat Döyüş radiusu: 500 km (Yolda), 300 km (Yolsuzluqda) == Silahlanma == – Əsas silahı: 120 mm “L11A5” yivli topu Kalibr: 120 mm Lülənin qalxma bucağı: –10º... +20º Üfüqi tuşlama bucağı: 360º Mərminin başlanğıc sürəti: 670 – 1370 metr/saniyə Atış tezliyi: 6–10 atış/dəqiqədə Atəş məsafəsi: 2 km Maksimal atəş məsafəsi: 8 km Döyüş sursatı: 64 ədəd – 1 ədəd 12.7 mm “L21A1” pulemyotu Kalibr: 12.7 mm Mərmi: 12.7x99 mm Atış tezliyi: 240 atış/dəqiqədə Güllənin başlanğıc sürəti: 855 metr/saniyə Atəş məsafəsi: 2 km Maksimal atəş məsafəsi: 6 km Mərmi sayı: 600 ədəd – 7.62 mm “L8A1” və “L37A1” pulemyotu Kalibr: 7.62 mm Mərmi: 7.62x51 mm NATO Atış tezliyi: 600–1000 atış/dəqiqədə Güllənin başlanğıc sürəti: 840 metr/saniyə Atəş məsafəsi: 1.2 km Maksimal atəş məsafəsi: 1.8 km Mərmi sayı: 6000 ədəd == İstifadə edən ölkələr == Böyük Britaniya İran İordaniya İraq Küveyt Niderland Oman.