Starfield COEX Mall
Starfield COEX Mall (əvvəl COEX Mall kimi tanınır) — konvensiya mərkəzlərini, sərgi salonlarını və bir çox ticarət mərkəzlərini özündə birləşdirən və Cənubi Koreyanın Seul şəhərinin Qannam rayonunda yerləşən yeraltı ticarət mərkəzi.
Təxminən 154.000 m2 sahəyə malikdir, bunun 144.0002 sahəsis yeraltı mərtəbədədir və bu, onu dünyanın ən böyük yeraltı ticarət mərkəzi edir. Ticarət mərkəzi Seul metrosunun 2-ci xəttində, Teheranno və Yeondon Daenun kəsişməsində, Samseon stansiyasının fəaliyyət göstərdiyi Samseonda yerləşir. COEX Mall Koreya Beynəlxalq Ticarət Assosiasiyası (KITA) tərəfindən idarə olunan COEX kompleksinin bir hissəsi olan COEX Konvensiya və Sərgi Mərkəzinə bitişikdir.
Yüzlərlə mağaza ilə yanaşı, ticarət mərkəzində iki yemək meydançası, MegaBox (kinoteatr), COEX Akvarium və böyük bir kitab mağazası var, lakin Kimçi Sahələr Muzeyi İnsandona köçürülüb. Bura yerli televiziyada yayımlanan videooyun turnirlərinin çəkilişləri üçün istifadə olunan oyun sahəsinə malikdir. Mövsümi tədbirlər və məşhurların ictimai çıxışları üçün ticarət mərkəzinin daxilində və xaricində səhnələr var. Minillik meydanı 2-ci xəttin Samseon stansiyasına qoşulan COEX Mall-un əsas çıxışıdır. Seul qimpo hava limanının ekspress xətti Bonqeunsa stansiyası şimalda yerləşir.
Ticarət mərkəzi əvvəlcə Koreya Beynəlxalq Ticarət Assosiasiyasının sərmayələri hesabına tikilib.