coffre
cognassier
OBASTAN VİKİ
Fort-500
"Fort-500" silahı — Ukrayna Daxili İşlər Nazirliyinin "Fort" Elimi-Tədqiqat Birliyi tərəfindən 1990-cı illərdə işlənib hazırlanmış lüləli silah. Ukrayna polisinin və xüsusi xidmət orqanları əməkdaşlarının istifadəsi üçün yaradılmışdır. Hal-hazırda eyni zamanda ölkə vətəndaşlarına da ovçuluq üçün satılır. Onun konstruksiyasında amerika silahı Remington 870un müəyyən elementlərindən istifadə edilib. Hal-hazırda baza variantı olan Fort-500 ilə yanaşı "polis" variantı olan Fort-500M də buraxılır. Onun 3355 mm uzunluğunda dəstəyi və müxtəlif aksesuarlar üçün imkanları da vardır. Silah əllə nizama gətirilir, polis variantında gözyaşardıcı qaz bombası atmaq üçün yer də vardır. O dəsətyi bərkidilmiş, yığılan və dəsətksiz ola bilər.
Fort-MakMerrey
Fort Mak-Murrey — Kanadanın Alberta vilayətində şəhər.
Fort-Ueyn
Fort Veyn (ing. Fort Wayne) — İndiananın ikinci böyük şəhəri, ştatın simal-şərqində yerləşir.
Fort Hud
Fort Kavasos - dünyada ən iri ABŞ hərbi bazası 1942-ci ildə tikilmiş Fort Hud dünyada ən iri ABŞ hərbi bazasıdır. ABŞ-nin Texasda ştatının Fort Hood şəhərində yerləşir. Burada 40 min hərbçi var, ailə üzvləri və digər mülki şəxslərlə birlikdə bazanın sakinlərinin sayı 80 minə çatır. Bazada iki muzey, məktəblər, xəstəxana və göl var. 2009-cu ilin noyabr ayının 5-də burada mayor Malik Nadal Hasan silahsız əsgərləri atəşə tutması nəticəsində 13 nəfər ölüb, 31 nəfər yaralanıb.
Fort Mackmurey
Fort Mak-Murrey — Kanadanın Alberta vilayətində şəhər.
Fort Veyn
Fort Veyn (ing. Fort Wayne) — İndiananın ikinci böyük şəhəri, ştatın simal-şərqində yerləşir.
Fort körpüsü
Fort körpüsü (Forth Bridge və ya Forth Rail Bridge) — Şotlandiyada dəmiryolu körpüsü. 1890-cı ildə fəaliyyətə verilib. Üç əsas hissədən ibarətdir və hər biri təxminən 520 m uzunluğundadır. Körpü 2529 metr uzunluğunda və okean səviyyəsinin 46 metr hündürlüyündədir.
Siloso (fort)
Siloso fortu (çin. - 西乐索炮台) — Sinqapurun Sentosa adasında olan müdafiə istehkamı. Bu istehkam ərazidə vaxtilə mövcud olmuş on iki sahil müdafiə qurğularından yeganəsidir. Digərləri tədricə dağılaraq məhf olmuşlar. == Ümumi məlumat == Adanın qərb hissəsində Siloso fortu yerləşir. Bu istehkamdan daha çox İkinci dünya müharibəsi zamanı Sinqapura qərbdən edilən müdaxiləyə cavab vermək məqsədi ilə istifadə edilib. Fort 1880-ci ildə Britaniya ordusu tərəfindən qurulub və Keppel boğazına çıxışı qorumaq məqsədi daşıyıb. Sonralar istekam yenidən qurulmuş və 1939-cu ildə 150 millimetirlik Mark2 və on iki funtluq sürrətli sillalarla təmin olunmuş. Müasir dövrdə Siloso fortu İkinci dünya müharibəsindən qalmış yeganə istehkam qurğusudur. Fortda olan bütün bunkerlər, anbarlar, tunellər hal-hazırda turustlər üçün açıqdır.
Fort-Kavasos
Fort Kavasos - dünyada ən iri ABŞ hərbi bazası 1942-ci ildə tikilmiş Fort Hud dünyada ən iri ABŞ hərbi bazasıdır. ABŞ-nin Texasda ştatının Fort Hood şəhərində yerləşir. Burada 40 min hərbçi var, ailə üzvləri və digər mülki şəxslərlə birlikdə bazanın sakinlərinin sayı 80 minə çatır. Bazada iki muzey, məktəblər, xəstəxana və göl var. 2009-cu ilin noyabr ayının 5-də burada mayor Malik Nadal Hasan silahsız əsgərləri atəşə tutması nəticəsində 13 nəfər ölüb, 31 nəfər yaralanıb.
Fort-Düken
Fort-Düken (fr. Fort Duquesne, fransız: [dykɛːn]) — 1754-cü ildə Allegeyni və Mononqahela çaylarının qovuşduğu yerdə Fransa tərəfindən qurulmuş qala. Sonradan britaniyalılara və amerikalılara məxsus olan bu fort nəhayət Pensilvaniyada Pittsburq şəhərinə çevrilmişdir. Fort-Düken özü ingilislərin işğalından əvvəl fransızlar tərəfindən məhv edilmişdir. İngilislər onun yerində Fort-Pitti qurmuşdular. Hazırda hər iki qalanın yerində hər iki qalanın konturları kərpiclə hörülmüş Poynt-Steyt-Park yerləşir. == Mədəniyyətdə == Fort-Dükenin əsası Vilyam Tekkereyin "Virciniyalılar" romanında qeyd olunmuşdur: "Saylarına görə bizimkindən xeyli üstün olan fransız qoşunları indiki böyük Pittsburq şəhəri olan Pensilvaniya sərhəddində möhkəmlənməyə çalışan ingilis forpostlarına rast gəldilər. Sərəncamında cəmi qırx əsgəri olan Virciniya zabiti yarımçıq qalasının qarşısında görünən iyirmi qat daha güclü düşmənə heç bir müqavimət göstərə bilmədi. Fransızlar ona sakitcə getməyə icazə verdilər və özləri də onun qalasına sahib oldular, onun tikintisini başa çatdırdılar və Kanada qubernatorunun şərəfinə Fort-Düken adını verdilər". == İstinadlar == == Əlavə ədəbiyyat == Anderson, Fred.
Fort-Volkott
Fort-Volkott (ing. Fort Wolcott) — Rod-Aylendin Nyuport şəhərindən 1 mil qərbdə, Narraqansett körfəzinin Nyuport limanında kiçik Qot-Aylend adasında istehkam. "HMS St John " və "HMS Liberty" gəmilərinə hücumlar qalanın yaxınlığında baş vermişdir. == Tarixi == 1702-ci və ya 1703-cü ildə İspaniya mirası uğrunda müharibə zamanı Qot-Aylenddə adasında tikilmiş, torpaqdan hazırlanmış Fort-Enn Britaniya kraliçası Anananın adını daşıyıryı. 12 silahı olan qala 1724-cü ilə qədər davam fəaliyyət göstərmişdir. 1730-cu ildə qala Böyük Britaniya kralı II Georqun şərəfinə Fort-Corc adı ilə xidmətə qayıtmışdır. 1738-ci ildə Rod-Aylendin müdafiəçiləri ərazidə bəlkə də əlli silahla daş istehkam inşa etmişdilər. == İstinadlar == == Əlavə ədəbiyyat == Wade, Arthur P. Artillerists and Engineers: The Beginnings of American Seacoast Fortifications, 1794-1815. CDSG Press. 2011.
Fort Saskaçevan
Fort Saskaçevan (ing. Fort Saskatchewan) — Kanadanın Alberta əyalətində Şimali Saskaçevan çayı boyunca salınmış şəhər. Əyalətin inzibati mərkəzi Edmonton şəhərindən 25 kilometr (16 mil) şimal-şərqdə yerləşir. Şəhər Edmontonun nüfuz dairəsinə daxildir və Edmonton Metropol Bölgəsini təşkil edən 24 bələdiyyədən biridir. 2021-ci ildə aparılmış federal siyahıyaalınmasına əsasən şəhər əhalisi 27.088 nəfərdən ibarət olmuşdur. Şəhər Şimal-Qərb Atlı Polisinin inzibati mərkəzi kimi yaradılmış və sonradan Alberta əyalətinin ən böyük həbsxana şəhəri kimi fəaliyyət göstərmişdir. İlkin yaşayış məskəni Lamoureux məntəqəsi yaxınlığında, çayın qarşı tərəfində yerləşirdi. 2011-ci ildə ilk şəhərin salındığı ərazidə ilkin şəhərin kiçik bir nüsxəsi yaradılmışdır. Fort Saskaçevan cənubdan və şərqdən Stratçona qraflığı, şimal və qərbdən Storqen qraflığı və cənub-qərbdən Edmonton şəhəri ilə həmsərhəddir. Storqen qraflığı Şimali Saskaçevan çayının üzərində yerləşir.
Fort-Uort (Texas)
Fort-Uort (ing. Fort Worth) — ABŞ-nin Texas mərkəzi-şərq hissəsində yerləşən şəhər.
Fort Mak-Murrey
Fort Mak-Murrey — Kanadanın Alberta vilayətində şəhər.
Fort St. George
Fort St George (və ya tarixən White town (Ağ şəhər)) (Tamil dili: செயின்ட் ஜார்ஜ் கோட்டை) - Hindistanın Tamil Nadu əyalətinin paytaxtı Çennai (Madras) şəhərində yerləşən bir tarixi qaladır. Hindistandakı ilk ingilis (sonralar Britaniya) qalasıdır. 1644-cü ildə İngiltərə tərəfindən inşa edilən qala zamanla böyüməyə başlayan şəhərin mərkəzinə çevrilmişdir. Qalanın inşası daha çox yaşayış məntəqələri yaratmaq və ticarət fəaliyyətini artırmaq üçün boş ərazidə baş tutmuşdur. Beləliklə, şəhərin qala ətrafında inkişaf etdiyini söyləmək olar. Qala hazırda Tamil Nadu Qanunverici Məclisini və digər rəsmi strukturları özündə cəmləşdirir.
Fort Vilyam burnu
Fort Vilyam burnu — Antarktidanın Cənubi Şetland adalarının Robert adasının Koppermin yarımadasının sahillərindən şimal-qərbdə yerləşən qayalardan ibarət burundur. İngilis boğazından şimal-qərbdə, Karlota buxtasından qrəbdə yerləşmişdir. Burun 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur və onlar tərəfindən İngilis boğazına uyğun olaraq adlandırılmışdır. == Yerləşməsi == Fort Vilyam burnu 62°22′13″ c. e. 59°43′33″ q. u. koordinatlarında yerləşmişdir. Katarina burnundan 7.2 km cənub-qərbdə, Spark burnundan 8.18 km şimalda, Barrientos adasından 3.67 km şimal-şərqdə, Okol qayasından 1.82 km şərqdə, Teybl adasından 4.74 km cənub-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Çili xəritəsinə 1971-ci ildə Argentina xəritəsinə 1980-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir.
Fort-Nesessiti döyüşü
Fort-Nesessiti döyüşü (ing. Battle of Fort Necessity) — Yeddiillik müharibədə Şimali Amerika cəbhəsində, 3 iyul 1754-cü ildə indiki Pensilvaniya ştatının Farminqton qraflığının ərazisində baş vermiş döyüş. Bu döyüş və ondan əvvəlki Qreyt-Midouz döyüşü Corc Vaşinqtonun karyerasının ilk döyüşləri, həmçinin Fransa–hindi müharibəsinin ilk döyüşləri idi. Virciniya qubernatoru Vaşinqtona piyada alayına rəhbərlik etməyi, onu Ohayo vadisinə aparmağı və tikilməkdə olan qalanın mühafizəsini götürməyi tapşırmışdı, lakin artıq yolda Vaşinqton məlumat almışdı ki, fransızlar ondan qabaq gəlib qalanı ələ keçiriblər. O, möhkəmləndirilmiş bir düşərgə quraraq (Fort-Nesessiti) möhkəmlətmələri gözləməyə başlamış, lakin bir Fransa dəstəsi qalaya hücum etmiş və onu təslim olmağa məcbur qoymuşdur. Fransanın bu hücumu İngiltərəni qisas almağa məcbur etmiş və nəticədə Şimali Amerika qitəsində müharibənin başlanmasına səbəb olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Anderson, Fred. Crucible of War: The Seven Years' War and the Fate of Empire in British North America, 1754–1766. New York: Alfred Knopf. 2000.
Fort-Corc (Nyu-York)
Fort-Corc (ing. Fort George) — indiki Nyu-York ştatında mövcud olmuş beş qalanın adı. == Tarixi == İlk Fort-Corc 1626-cı ildə Niderlandın Yeni Amsterdam koloniyasında tikilmiş və Fort-Amsterdam adlandırılmışdır. Britaniya ordusu 1664-cü ildə onun adını Fort-Ceyms adlandırmışdır. 1673-cü ildən 1674-cü ilə qədər qısa müddətə Hollandiyalılar tərəfindən Fort-Villem Hendrik kimi yenidən tutulmuşdur. Britaniyalılar onu 1691-ci ildə Fort-Vilyam Henri, 1703-cü ildə Fort-Enn və ya Kraliça qalası, nəhayət 1714-cü ildə Fort-Corc adlandırmışdılar. Şimal tərəfindəki qalalar 1776-cı ildə ABŞ İstiqlal müharibəsində amerikalılar tərəfindən dağıdıldı və nəhayət 1790-cı ildə sökülmüşdür. İkinci Fort-Corc 1755-ci ildə Nyu-Yorkun Osveqo şəhərində britaniyalılar tərəfindən tikilmiş, lakin 1756-cı ildə Fransa komandiri Lui-Jozef de Monkalm tərəfindən dağıdılmışdır. Üçüncü Fort-Corc 1755-ci ildə Nyu-Yorkun Leyk-Corc gölündə inşa edilmişdir. 1777-ci ildə dağıdılmış və 1780-ci ildə tərk edilmişdir.