COMIC

comic1

n 1. komik (komik rollar oynayan aktyor), məzəli adam; 2. d.d. komediya

comic2

adj 1. komik, məzəli, gülməli, məzhəkəli; a ~ performance komik / gülməli tamaşa; a ~ story məzəli / gülməli əhvalat; 2. komediya; ~ writer komediya yazan / müəllifi

COMFORTLESS
COMICAL
OBASTAN VİKİ
Archie Comic Publications, Inc.
Archie Comic Publications, Inc. (ixtisarlaşmış adı: Archie Comics) — ABŞ komiks nəşriyyatı. Nəşriyyatın baş qərargahı Nyu-York ştatının Pelem qəsəbəsində yerləşir. "Archie Comics" nəşriyyatının əsas seriyaları – Arçi Endrüs, Betti Kuper, Veronika Loc, Caqhed Cons, Reci Mantl, Sabrin Spellman və "Cozi və pişiklər". Nəşriyyatın əsas personajı redaktor Con L. Qolduater və rəssam Bob Montana tərəfindən yaradılmışdır. Nəşriyyat 1939-cu ildə MLJ Comics adı altında fəaliyyətə başlamışdır. Arçi Endrüs ilk dəfə "Pep Comics" jurnalının 22 dekabr 1941-ci ildə nəşr olunan 11-ci nömrəsində nümayiş olunmuşdur. İlkin nömrələrin rəssamı Bob Montana, ssenaristi isə Vik Blum idi. "Archie Comics" 1942-ci ilin qışından başlayaq ən uzun komiks seriyasını nəşr etməyə başlamışdır və 114-cü nömrədən başlayaraq seriyanın adı "Archie" olaraq ixtisarlaşdırılmışdır. 2015-ci ilın iyul ayında nəşriyyat seriyanı yenidən başlatmış və 1-ci nömrədən başlayaraq personajlara yeni bir dizayn vermişdir.
Dengeki G's Comic
Dengeki G's Comic (電撃G'sコミック, Dengeki Jīzu Komikku) — ASCII Media Works nəşriyyatı tərəfindən nəşr olunan aylıq seynen manqası jurnalı. Jurnal ilk öncə rəqəmsal şəkildə yayımlanırdı və 0-cı cildi 9 avqust 2012-ci ildə yayımlanmışdır. 15 oktyabr 2012-ci ildə dövriliyi aylıq olmuşdur. 2013-cü ilin aprelindən 2014-cü ilin aprelinə kimi jurnal hər iki həftədən bir buraxılırdı. 30 aprel 2014-cü ildə satışa çıxarılmış 2014-cü il iyul buraxılışından etibarən çap şəklində nəşr olunmaqdadır.
San Diego Comic-Con
San Diego Comic-Con International — 1970-ci ildən bəri hər il San-Dieqoda (Kaliforniya, ABŞ) keçirilən qeyri-kommersiya əyləncə tədbiri. Rəsmi saytında adı Comic-Con International: San Diego olaraq qeyd edilib, lakin sadəcə Comic-Con və ya San Diego Comic-Con və yaxud "SDCC" kimi tanınır.
Monthly Comic Alive
Monthly Comic Alive (月刊コミックアライブ, Gekkan Komikku Araibu) — Media Factory tərəfindən nəşr olunan aylıq seynen manqası jurnalı. İlk sayı 27 iyun 2006-cı ildə çapdan çıxmışdır.
Monthly Comic Blade
"Monthly Comic Blade" (月刊コミックブレイド, Gekkan Komikku Bureido) — Mag Garden tərəfindən nəşr olunan şonen manqası jurnalı. İlk sayı 2002-ci ilin fevralında nəşr olunmuşdur. 2014-cü ilin sentyabrına qədər jurnal hər ayın 30-da çapdan çıxırdı. 2014-cü ilin sentyabrında jurnal "Online Magazine Comic Blade" adını alaraq onlayn jurnala çevrilmiş və hər ayın 5-də, 15-də, 25-də və 30-da çapdan çıxmağa başlamışdır. Manqa seriyaları tankobon formatında Blade Comics (ブレイドコミックス, Bureido Komikkusu) imprinti ilə yayımlanır. == Manqalar == 13 Game (Misaki İşikava) A Girls (Masahiro İtabaşi; rəssam: Hiroyuki Tamakoşi) Akumagari (Seyuçirou Todono) Amanchu! (Kozue Amano) Amadeus Code (Mayumi Azuma və Tatsurou Nakanişi) Ame no Murakumono (Penqvin Qunso; rəssam: Rusui Kazaniva) Anime no Jikan (Toto Aoy) Ar tonelico -arpeggio- (ayamequmu) Ar tonelico II (ayamequmu) Ares (Narumi Seto) Aria (Kozue Amano) Atelier Rorona: Watashi no Takaramono (Hoki Kusano) B. B. Girls (Kumiço) Babelheim no Shōnin (Şoyçi Furumi) Bacchon Girls (Toşiko Maçida) BaggataWay (İroha Kohinata) Banana no Nana (Kakaşi Oniyazu) Berry's (Sfera; rəssam: Makoto Sakuray) Betsuni Iyarashi Imi Jyanaku Isshou ni Sun Demo Kamawanai yo Margaret (Hikaru Nikaido) Beyond the Beyond (Yoşitomo Vatanabe) Binchō-tan (Takahiko Ekusa) The Birth of Walküre (Hiroşi Fuci) Chichi Kogusa (Mi Taqava) Clockwork (Yoşihiko Tomisava; rəssam Sakaki Yoşioka) Corpse Party: Another Child (Team Gris Gris; rəssam: Şunsuke Oqata) Crown (Tatsuro Nakanişi) Cry Eye (Akira Sorano) D. C. III: Kazami Gakuen Kōshiki Shinbun Bu — Okurairi Jikenbo (Circus və Cin İto; rəssam: Şizuma Miyano) Dance Dance Dance! (Yuzuka Morita) Datenshi Kanan (Yui Hara) Desert Coral (Vataru Murayama) Dorakuma (Seyuçirou Todono) Drc2 (Cin İto; rəssam: Makoto Fuuqetsu) Dragon Sister! -Sangokushi Hyakka Ryōran- (Nini) (Comic Blade Masamune) Dream Gold ~Knights in the Dark City~ (Tatsuro Nakanişi) E (Shinri Ōshiro; rəssam: Sana Kiriqaoka) Elemental Gelade (Mayumi Azuma) Eleven Soul (Seiuchirou Todono) Esprit (Tayşi Tsutsuy) Fatalizer (Ritz Kobayaşi) Farial Garden (Minene Sakurano) Fukashigi Philia (Tayşi Tsutsuy) Gadget (Hiroyuki Eto) Gakuen Psycho-Pass (Şina Soqa) Gamerz Heaven (Maki Murakami) Ghost Hound: Another Side (adaptasiya; rəssam: Kanata Asahi) The Glory of Walküre (Hiroşi Fuci) (Comic Blade Masamune) Glory Road (Tatsuro Nakanişi; rəssam: Sora Hiiraqi) The Good Witch of the West (Noriko Oqivara; rəssam: Haruhiko Momokava) Grisaia no Kajitsu ~L'oiseau bleu~ (Front Wing və Cuniçi Fucisaku; rəssam: Taka Himeno) Gyakusatsu Mahō Shōjo Belial Strawberry (AKIRA; rəssam: Saçi Kurafuci) Gyoukai Ijinden Jinkan: Hito no Aida wa Omoshiroku Ikiru — Kidani Takaaki Monogatari (Bushiroad və Satoru Akahori; rəssam: Yasunari Ootsuki) Hakobune Hakusho (Moyamu Fucino) Hirameki Hatsume-chan (Dayoki) Hitogatana (Oniqunso) Hoshi no Dai Circus (Minene Sakurano) Hoshi no Ue de Meguru (Yuusu Kurahaşi) Hoshi no Witch (Yui Hara) Igazukin (Kanoka Tana) (Comic Blade Masamune) Jagan Tantei Nekuro-san no Jikenbo (AKIRA; rəssam: Sakura Kinoşita) Jinki: Extend (Siro Tunasima) Junkyard Magnetic (Vataru Murayama) Kagerou Nostalgia ~ Shin Shou (Satomi Kubo) Kuroa Chimera (Kayri Sorano) Kimi to Shitai to Boku no Kaitou (Yoqenme) Kyoraku Legion (Rin Asano) (Comic Blade Brownie) Kyou, Curry! (Yae Şimano) Lost Seven (Kazuki Nakaşima; rəssam: Ko Yasunq) M3: Sono Kuroki Hagane (Satelight; rəssam: Kazuomi Minatoqava) Mahō Kabushikigaisha (Anri Sakano) Mahō Shōjo Pretty Bell (KAKERU) Mahō no Silver Bullet (Miçihiro Matsuoka, Aotoki Kurobeni) Mahō Tsukai no Yome (Kore Yamazaki) Mamotte Shugogetten Retrouvailles (Minene Sakurano) Martyria (Misakikkusu Yumisaki) Meguraba (kirusu) Meiji Gasutou Youmushou Akaneya Yakumo (Kikori Morino) Minami Kamakura Kōkō Joshi Jitensha-Bu (Noriyuki Matsumoto) Mizunohe Monogatari (Miva Mayuki) More Starlight to Your Heart (Hiro Matsuba) Mortal METAL Shibagane (Cuniçi Sato, Şoci Kavamori və Satelight; rəssam: Ryuuyçi Sadamatsu) Mother Keeper (Kayri Sorano) MUZZLE-LOADER ~Wellber no Monogatari~ (BOYAKASHA; rəssam: Naruse Takami) Neko Rahmen (Kenji Sonishi) (Comic Blade Masamune) (davam edir) New Paradise (Sakura Kinoşita) Otogi-Jūshi Akazukin (Şoqo Kumasaka; rəssam: Hiiro Yuki) Otogizōshi (Narumi Seto) Paka RUN (Nanae Çrono; rəssam: Takamasa Nakabayaşi) Paradox Blue (Tatsuro Nakanişi; rəssam: Nini) Pavane for a Dead Girl (Koge-Donbo*) (davam edir) Peacemaker Kurogane (Nanae Chrono) (ongoing) Pontera (Sankaku Head) Princess Lucia (Kouji Seo) Psycho-Pass: Kanshikan Shinya Kogami (Midori Qoto və Production I.G; rəssam: Natsuo Sai) Psycho-Pass 2 (Saru Hoşino) Puchi-Hound (nekoneko) (Comic Blade Masamune) R² [rise R to the second power] (Maki Hakoda) Rain (Takumi Yoşino; rəssam: Megumi Sumikava) Reincarnation no Kaben (Mikihisa Konişi) Repeat After Me (Manabu Yamamoto) Robotics;Notes (5pb.; ssenari: Keyci Asakava) Rolling Girls (Yosuke Miyaqi; rəssam: Bonkara) Ro~lling Gi~rls: Inspiration x Traveler (Yosuke Miyaqi; rəssam: Sheepbox) Rui-Rui (Makutsu) Rurigaki Yoruko no Yuigon (Miki Miyaşita) Saint October (Şoqo Kumasaka; rəssam: Kiira~☆) Sengoku Youko (Satoşi Mizukami) Senki Senki Momotama (Nanae Çrono) (davam edir) Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai: Manmaruban (Hirotaka Akaqi; rəssam: Yuzuki N') Shindou Gekijou Get Wild (Daysuke Şindo) Shirayuki PaniMix!
Monthly Comic Gene
Monthly Comic Gene (月刊コミックジーン, Gekkan Komikku Jiin) — Media Factory nəşriyyatı tərəfindən 15 iyun 2011-ci ildən nəşr olunan aylıq şoco manqası jurnalı. Əslində 2011-ci ilin aprelindən nəşr olunması planlaşdırılmış, lakin 2011-ci ilin martında baş vermiş Tohoku zəlzələsinə görə jurnalın nəşri iki ay gecikmişdir.
Alaycı quş (Marvel Comics)
Alaycı quş (ing. Mockingbird) — Marvel Comics tərəfindən 1971-ci ildə yaradılan xəyalı komiks personajı. Əsl adı Barbara Morsdur. 2014-cü ildə "SHIELD cəsusları" teleserialında ilk dəfə Andrianna Palikki tərəfindən canlandırılmışdır. == Həyatı == Barbara Mors əslində bir bioloqdur. Hətta bu sahədə doktoranturası da var. ABŞ hökuməti Kapitan Amerika kimi superəsgərləri yenidən yaradacaq zərdab üzərində işləməyə başlayınca Alaycı quş də onlara qoşulur. Bu zaman o SHIELD-in diqqətini çəkir. Mors işə itmiş elm adamını tapmaqla tapşırılan agent Paul Allenlə əməkdaşlıq edərək başlayır. Amma əslində Paulun bir AIM cəsusu olduğunu öyrənər.
Archie Comics
Archie Comic Publications, Inc. (ixtisarlaşmış adı: Archie Comics) — ABŞ komiks nəşriyyatı. Nəşriyyatın baş qərargahı Nyu-York ştatının Pelem qəsəbəsində yerləşir. "Archie Comics" nəşriyyatının əsas seriyaları – Arçi Endrüs, Betti Kuper, Veronika Loc, Caqhed Cons, Reci Mantl, Sabrin Spellman və "Cozi və pişiklər". Nəşriyyatın əsas personajı redaktor Con L. Qolduater və rəssam Bob Montana tərəfindən yaradılmışdır. Nəşriyyat 1939-cu ildə MLJ Comics adı altında fəaliyyətə başlamışdır. Arçi Endrüs ilk dəfə "Pep Comics" jurnalının 22 dekabr 1941-ci ildə nəşr olunan 11-ci nömrəsində nümayiş olunmuşdur. İlkin nömrələrin rəssamı Bob Montana, ssenaristi isə Vik Blum idi. "Archie Comics" 1942-ci ilin qışından başlayaq ən uzun komiks seriyasını nəşr etməyə başlamışdır və 114-cü nömrədən başlayaraq seriyanın adı "Archie" olaraq ixtisarlaşdırılmışdır. 2015-ci ilın iyul ayında nəşriyyat seriyanı yenidən başlatmış və 1-ci nömrədən başlayaraq personajlara yeni bir dizayn vermişdir.
Buz-adam (Marvel Comics)
Buz adam (ing. Iceman) — Marvel Comics tərəfindən yaradılan komiks personajı. Bir mutantdır. İlk dəfə 1963-cü ildə görünmüşdür. Əsas gücü soyuğu idarə edərək buz və qar əmələ gətirməkdir. Daha çox İks-adamlar komandası ilə birlikdə olmuşdur. Əsl adı Robert Luis Dreykdir. == Həyatı == Nyu York ştatının Floran Park şəhərində yəhudi ananın və katolik irland atanın ailəsində anadan olmuşdur. Güclərini gənc yaşında ikən soyuqdan titrərkən kəşf etmişdir. Oxuduğu məktəbin zorbası Rokki Biesi ona və qız dostuna hücum çəkərkən Robert panikaya düşmüş və Rokkini donduraraq güclərini ortaya çıxartmışdır.
Cin Qrey (Marvel Comics)
Cin Qrey (ing. Jean Grey) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan uydurma super qəhrəman. Personaj eyni zamanda Marvel qız, Zümrüd quşu və Qara Zümrüd quşu kimi də tanınmışdır. Yazıçı Sten Li və rəssam Ceyk Kyörbi tərəfindən yaradılan personaj ilk dəfə 1963-cü ildə nəşr olunmuş "İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur. Cin Qrey qeyri-insani güclərlə dünyaya gələn uydurma mutantlardan biridir. O, telekinez və telepatiya qabiliyyəti ilə dünyaya gəlmişdir. O, mutantlar və insanların sülh və bərabərlik şəklində yaşaması üçün vuruşan İks-adamlar komandasının ilkin üzvlərindən biridir. Onun gücləri ilk dəfə uşaqlıq dostunun avtomobil qəzasına düşdüyü zaman büruzə vermişdir. Qayğıkeş və sakit xarakteri ilə seçilən personaj Omeqa-səviyyəli mutantlardan biri və həm də kosmik Zümrüd quşu gücünün fiziki təzahürüdür. Böyük gücə sahib olan mutant dəfələrlə komikslərdə ölümlə üzləşmişdir.
Civə (Marvel Comics)
Civə (ing. Quicksilver) — ABŞ nəşriyyatı Marvel Comics tərəfindən uydurulmuş mutant super qəhrəman. İlk dəfə 1964-cü ildə "İks-adamlar" komiksinin 4-cü sayında görünmüşdür. Əsl adı Pietro Maksimovdur və bacısı Vanda Maksimov da mutant olub Qırmızı cadugər kimi tanınır. "Əsrarəngiz Qisasçılar" komiksinin 4-cü sayına (2015) qədər atalarının Maqnito olduğu zənn edirdilər. == Həyatı == === İlk illəri === Anaları Maqda Maqnitodan qaçırdı və uşaqları Transiyada yerli qaraçı Bovaya əmanət etmişdir. Bova uşaqları Mariya və Canqa Maksimov ailəsinə verməli olmuşdur. Mariya və Canqa uşaqlara öz uşaqları kimi baxdılar. Burada o, bacısı Vanda ilə birlikdə ilk dəfə super güclərini kəşf etmişdir. Bir dəfə Canqo oğurluq etmiş və buna görə insanlar qaraçı düşərgəsinə hücum etmişlər.
Coker (DC Comics)
Joker, DC Komiks tərəfindən nəşr olunan Batman komiks kitabının debüt buraxılışında (25 aprel 1940) ilk dəfə ortaya çıxan Bill Finger, Bob Kane və Jerry Robinson tərəfindən yaradılan bir nəzarətdir. Jokerin yaradılması üçün kredit mübahisəlidir; Kane və Robinson, Finger-in yazı töhfəsini qəbul edərkən Jokerin dizaynı üçün məsuliyyət daşımışdılar. Joker'in ilk görünüşü zamanı öldürülməsi planlaşdırılsa da, personajın super qəhrəman Batman'ın düşmənçiliyi kimi dözməsinə imkan verən redaktorun müdaxiləsindən xilas oldu. Komik kitabdakı çıxışlarında Joker cinayətkar usta kimi təsvir olunur. Çirkin, sadist yumor hissi ilə bir psixopat olaraq təqdim olunur; xarakter 1970-ci illərin əvvəllərində qaranlıq köklərinə qayıtmadan, Komiks Kod Təşkilatı tərəfindən tənzimlənməyə cavab olaraq 1950-ci illərin sonlarında bir goofy prankster oldu. Batman'ın nemesi olaraq Joker, Jason Todd-un ikinci Robin və Batman'ın kamerası və Batman'ın müttəfiqlərindən biri olan Barbara Gordonun iflici də daxil olmaqla superqəhrəmanın müəyyən hekayələrinin bir hissəsi olmuşdur. Joker, onilliklər ərzində meydana çıxdığı müddətdə müxtəlif mümkün mənşəli hekayələrə sahibdir. Ən çox yayılmış hekayə, onun dərisini ağartan və saçlarını yaşıl və dodaqlarını parlaq qırmızıya çevirən kimyəvi tullantıların bir tankına düşməsini əhatə edir; meydana gələn uyğunsuzluq onu dəli edir. Batman'ın şəxsiyyət və görünüşdəki antitezi, Joker tənqidçilər tərəfindən onun mükəmməl düşməni hesab olunur. Joker, kimyəvi mühəndislik sahəsindəki təcrübəsindən istifadə edərək, zəhərli və ya ölümcül fikirlər və tematik silahlar, o cümlədən ülgüclü oynaq kartları, ölümcül sevinc səsləri və turşu püskürən lapel çiçəkləri inkişaf etdirmək üçün istifadə etmir.
Cəzalandırıcı (Marvel Comics)
Cəzalandırıcı (ing. Punisher) — Marvel Comics tərəfindən yaradılmış komiks qəhrəmanı. İlk dəfə 1974-cü ilin fevralında "Heyranedici Hörümçək-adam" komiksinin 129-cu sayında peyda olmuşdur. == Bioqrafiya == Cəzalandırıcının əsil adı Frenk Kastldır. Cəzalandırıcı cinayətlə mübarizə aparmaq üçün adam qaçırmaq, insan öldürmək, işgəncə vermək kimi vasitələrdən istifadə edir. Ailəsi Nyu-York Mərkəzi Parkda bir mafiyanın törətdiyi cinayətin şahidi olduğundan mafiya tərəfindən öldürülür. Bundan sonra Frenk cinayətkarlara qarşı mübarizə aparan Cəzalandırıcıya çevrilmişdir. Bir çox onun ailəsinin intiqamını almaq istədiyini düşünür, amma əsil məqsədi bütün cinayətkarları cəzalandırmaqdır. Frenk Kastl Nyu-Yorkun Qvins rayonunda anadan olmuşdur. Katolik kilsəsində papaz işləmək üçün təhsil almış, amma cinayətkarları bağışlaya bilmədiyi üçün bu işdən əl çəkmişdir.
DC Comics
DC Comics — ABŞ komiks nəşriyyatı. Time Worner-in sahib olduğu Warner Bros. şirkətinin bir hissəsidir. DC Comics ABŞ-nin ən böyük və ən məşhur komiks nəşriyyatlarından biridir. Bir digəri Marvel Comics-dir. DC Comics tərəfindən yaradılmış məşhur personajlara Supermen, Betmen, Möcüzə qadın, Yaşıl Fənər, Fleş, Akvamen, Şahinqız, Yaşıl Ox və Şahin-adam aiddir. Nəşriyyat Ədalət Liqası, Ədalət Cəmiyyəti və Gənc Titanlar kimi məşhur komandaların, eləcə də Joker, Leks Lutor, Pişik-qadın, Darksayd, Ras al Qul, Detstrok, Sinestro və Breynyak kimi super cinayətkarların müəllifidir. DC Comics həmçinin DC dünyasına daxil olmayan "Gözətçilər" və "V Vandetta deməkdir" komikslərini çap etdirmişdir. Nəşriyyatın adı hələ Betmen personajı yaradılarkən yer aldığı "Dedektiv komiksləri" ("Dedective Comics") seriyasının baş hərflərindən götürülmüşdür. Nəşriyyatın baş qərargahı 2013-cü ilə qədər Nyu Yorkda yerləşmiş, o tarixdən etibarən isə Kaliforniyanın Berbank şəhərində yerləşməkdədir.
Dark Horse Comics
Dark Horse Comics — mərkəzi Amerika Birləşmiş Ştatlarının Oreqon ştatının Miluouki şəhərində yerləşən komiks nəşriyyatı. 1986-cı ildə Mayk Riçardson tərəfından qurulmuşdur.
Drakula (Marvel Comics)
Drakula (ing. Dracula) — Marvel Comics personajlarından biri. Brem Stoker tərəfindən 1897-ci ildə yazılmış Drakula əsəri əsasında hazırlanmışdır. == Nəşr olunma tarixi == Marvel Comics Atlas Comics adlanarkən "Qeyri-müəyyənlik" komiksinin 7-ci sayında Drakula personajı görünmüşdü. Müasir Drakula personajı isə 1972-ci ildə Cerri Konuey və Cin Kolan tərəfindən yaradılaraq aprel ayında "Drakulanın qəbri" komiksinin ilk sayına daxil edilmişdi. "Drakulanın qəbri" komiksi 1979-cu ilə qədər nəşr olunmuş və Drakula personajı komiksin əsas personajı olmuşdur. Doktor Strenc personajının məşhurlaşmasından sonra dəbdən düşsə də, personaj yenidən özünə komiks tapmışdır. Marvel Comicsin çap etdirdiyi 4 saylıq "Drakulanın qəbri" komiksində Drakula ilə yanaşı Qurd adam və Kolan da yer almışdılar. 1990-cu illərdə qısa müddət "Naytstralkers" və "Bleyd" komikslərində görünmüşdür. Daha sonra "Drakula: Ölümsüzlük lordu" mini-seriyası nəşr olunmuşdur.
Dəlisov (Marvel Comics)
Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur. == Həyatı == Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi. Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur.
Dəmir qız (Marvel Comics)
Dəmir qız (ing. Iron Maiden) — Marvel Comics tərəfindən ABŞ kompikslərində görünən uydurma supercanidir. İlk dəfə "Marvel Fanfare # 11" nəşrində təqdim edilmiş personaj Ralf Maççio və Corc Perez tərəfindən yaradılmışdır. Mənşəcə rus olan personaj digər Qara dulun düşmənlərindən biridir. Müxtəlif dövrlərdə personaj Şimşək zərbələri və Femizonlar dəstələrinin üzvü olmuşdur. Marvel Kinematoqrafiya Kainatına daxil olan "Qara dul" filmində Dəmir qız personajını aktrisa Reyçel Vays canlandırmışdır.
Elektra (Marvel Comics)
Elektra — Marvel Comics nəşriyyatının yaratdığı komiks personajı. 1981-ci ildə yaradılmışdır. Həyatı Daredevil ilə sıx bağlıdır. "Comics Buyer's Guide" jurnalının "Ən gözəl 100 qadın komiks personajı" siyahısında 22-ci yeri tutmuşdur. == Həyatı == === İlk illəri === Elektranın tam adı Elektra Natçiosdur. Bir yunan diplomatın qızıdır. Matt Murdokla (Daredevil) Kolumbiya Universitetində sevgili olmuşdur. (amma məzun olmamışdır) Bir hadisə zamanı atasının öldürülməsi ona böyük şok yaşatmışdır. Dünyaya küsən Elektra keçmiş həyatını və sevgilisini tərk etmişdir. Həyatına məna qatacaq məşğuliyyət atarırdı.
Elektro (Marvel Comics)
Elektro (ing. Electro) – Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılmış komiks personajı. Sten Li və Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə "The Amazing Spider-Man" komiksinin 9-cu sayında peyda olmuşdur. Əsl adı Maksvell Dillon olan Elektro güclərini elektrik stansiyasındakı keçirdiyi qəzadan sonra əldə etmişdir. Məşum altılıq komandasının üzvüdür. Hörümçək-adamın əzəli düşmənidir. Elektro ilk dəfə 2014-cü il istehsalı "Yeni Hörümçək-adam: Yüksək gərginlik" filmində Ceymi Foks tərəfindən canlandırılmışdır. Elektro bir çox Marvel Comics animasiyasında və video oyununda peyda olmuşdur. 2009-cu ildə IGN onu "Bütün dövrlərin ən böyük komiks cinayətkarları" siyahısında 87-ci yerdə göstərmişdir. == Nəşrolunma tarixi == Personaj Sten Li və Stiv Ditko tərəfindən yaradılmışdır.
Fleş (DC Comics)
Fleş (ing. The Flash) — DC Comics personajlarındandır. Personaj ilk dəfə yazıçı Qardner Foks və rəssam Harri Lempert tərəfindən hazırlanmışdır. İlk Fleş #1 komiksi 1939-cu ildə çıxmışdır. O, super sürətə, super sürətli reflekslərə və sürətli sağalma gücünə malikdi. Cey Qarikdən başqa bütün Fleşlər Spidforsa(elementar sürət gücü ölçüsüdür) malikdilər, onlar güclərini Spidfors deyilən sürət ölçüsündən alırlar. İndiki dövrə kimi 4 Fleş olmuşdur, Bunlardan ilki Cey Qarik (ing. Jay Garrick) (1940–1951, 1961–indiki vaxt), ikincisi və əsas Fleş olan Beri Elın (ing. Barry Allen) (1956–1985, 2008–indiki vaxt) üçüncüsü ən sürətli Fleşlərdən sayılan Beri Elın olmayan zaman 50 ilə yaxın Fleş kostyumunu öz üzərində layiqli şəkildə daşıyan Voli Vest (ing. Wally West) (1986–2011, 2016–indiki vaxt) (yeni 52 dünyası xaric) sonuncusu isə İmpulse yəni Berinin gələcəkdən gələn nəvəsi olan Bart Elındır.
Fırtına (Marvel Comics)
Fırtına (ing. Storm) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış super qəhrəman personajı. İks-adamlarin ən tanınmış üzvlərindən biridir. 20th Century Fox tərəfindən çəkilən 5 İks-adamlar filminin 4-ündə yer almışdır. Len Veyn və Deyv Kokrum tərəfindən yaradılmış və ilk dəfə "Böyük ölçülü İks-adamlar" komiksinin ilk sayında (may, 1975) görünmüşdür. == Bioqrafiya == Əsl adı Ororo Munroedir. Anası N'Dare Keniyadakı bir qəbilənin şahzadəsi, atası Deyvid Munroe ABŞ fotoqrafıdır. Onlar evləndikdən sonra Manhettendə yaşamağa başlayırlar. Ororo burada anadan olur. Amma ailəsi ilə çox vaxt keçirmir.
Gözqamaşdırıcı (Marvel Comics)
Gözqamaşdırıcı (ing. Dazzler) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən yaradılmış personaj. Daha çox İks-adamlar komandası ilə tanınır. İlk dəfə 1980-ci ilin fevralında "Əsrarəngiz İks-adamlar" komiksinin 130-cu sayında görünmüşdür. Gözqamaşdırıcı bir mutantdır. Əsas qabiliyyəti səsi işığa çevirməkdir. Gözqamaşdırıcı həmçinin bir müğənnidir, diskotekalarda rok üslubunda mahnılar ifa etmişdir. Gözqamaşdırıcı 1980-ci illərdə 42 buraxışılı nəşr olunmuş "Gözqamaşdırıcı", "Gözqamaşdırıcı: Film" Marvel qrafik romanında, 4 sayı nəşr olunmuş "Gözəllik və Vəhşi heyvan" komiksində yer almışdır. İks-adamlar və Ekskalibur komandalarının üzvü olmuşdur. == Nəşr olunma tarixi == İlk əvvəllər personaj Disko kraliçası adlanırdı və gücü insanlara həqiqəti söyləməyi məcbur etmək idi.
Halk (Marvel Comics)
Halk (ing. Hulk) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış xəyalı super qəhrəman. 1962-ci ildə Sten Li və Cek Kyorbi tərəfindən yaradılmış və həmin ilin mayında "İnanılmaz Halk" komiksinin ilk sayında peyda olmuşdur. "Qisasçılar" komiksinin ilk sayında komandanın qurucu üzvləri arasında da yer almışdır. Ən məşhur ifadəsi "Halk əzər!!!" (ing. Hulk Smash!!!) ifadəsidir. == Bioqrafiya == === İlk illəri === Brayan və həyat yoldaşı Rebekka Bennerin yeganə övladı kimi Ohayo ştatının Dayton şəhərində anadan olmuşdur. Brüs tez-tez içki qəbul edərək sərxoş olan atası tərəfindən döyülərək pis uşaqlıq keçirmişdir. Atası yenə onu döymək istəyərkən anası onu qorumaq istəmiş, amma Brayan onu öldürmüşdür. Atası müalicə üçün bir instituta yerləşdirilmişdir və Brüsə xalası baxmışdır.
Loki (Marvel Comics)
Loki – Marvel Comics nəşriyyatı tərəfindən 1962-cü ildə yaradılmış komiks personajı. Yaradıcıları Sten Li, Larri Liber və Cek Körbidir. Personajın ilkin versiyası 1949-cu ildə "Venus" komiksində görünmüşdür. Müasir versiyası isə 1962-ci ildə "Journey into Mystery" komiksinin 85-ci sayında peyda olmuşdur. Loki ögey qardaşı və superqəhrəman olan Torun əsas düşmənlərindən biridir. Personaj Skandinaviya mifologiyasında eyniadlı personaj əsasında yaradılmışdır və antiqəhrəman kimi təsvir olunur. Loki IGN tərəfindən "Bütün dövrlərin ən böyük supercinayətkarları" siyahısında 2009-cu 8-ci yerdə, 2014-cü ildə 4-cü yerdə göstərilmişdir. Loki personajı Marvel Kinematoqrafiya Kainatında Tom Hiddlston tərəfindən canlandırılmışdır: "Tor" (2011), "Qisasçılar" (2012), "Tor 2: Zülmət aləmi" (2013), "Tor: Raqnarök" (2017), "Qisasçılar: Sonsuzluq savaşı" (2018) və başlıqsız Qisasçılar filmi. == Nəşrolunma tarixi == Loki ilk dəfə "Venus" komiksinin 6-cı buraxılışında (avqust 1949) görünmüşdür. Loki Yeraltı dünyaya sürgün edilmiş yunan tanrılarından biri kimi təsvir olunmuş və şeytanı təcəssüm etmişdir.
MLJ Comics
Archie Comic Publications, Inc. (ixtisarlaşmış adı: Archie Comics) — ABŞ komiks nəşriyyatı. Nəşriyyatın baş qərargahı Nyu-York ştatının Pelem qəsəbəsində yerləşir. "Archie Comics" nəşriyyatının əsas seriyaları – Arçi Endrüs, Betti Kuper, Veronika Loc, Caqhed Cons, Reci Mantl, Sabrin Spellman və "Cozi və pişiklər". Nəşriyyatın əsas personajı redaktor Con L. Qolduater və rəssam Bob Montana tərəfindən yaradılmışdır. Nəşriyyat 1939-cu ildə MLJ Comics adı altında fəaliyyətə başlamışdır. Arçi Endrüs ilk dəfə "Pep Comics" jurnalının 22 dekabr 1941-ci ildə nəşr olunan 11-ci nömrəsində nümayiş olunmuşdur. İlkin nömrələrin rəssamı Bob Montana, ssenaristi isə Vik Blum idi. "Archie Comics" 1942-ci ilin qışından başlayaq ən uzun komiks seriyasını nəşr etməyə başlamışdır və 114-cü nömrədən başlayaraq seriyanın adı "Archie" olaraq ixtisarlaşdırılmışdır. 2015-ci ilın iyul ayında nəşriyyat seriyanı yenidən başlatmış və 1-ci nömrədən başlayaraq personajlara yeni bir dizayn vermişdir.
Marvel Comics
Marvel Comics (ing. Marvel Comics) — Amerika komiks və komikslərlə bağlı media nəşriyyatı. Nəşr edilmiş komikslər arasında Fantastik Dördlük, Hörümçək-adam, Halk, Dəmir adam, Tor, Daredevil, Kapitan Amerika seriyaları var. 1960-cı illərdən bəri DC Comicsin yanında ABŞın ən böyük iki komiks şirkətindən biri olma xüsusiyyətini davam etdirmişdir. 31 avqust 2009 tarixində The Walt Disney Company tərəfindən 4.000.000.000 $-a alındığı bildirilmişdir. == Tarixi == Pulp-jurnalının naşiri Martin Qudman 1939-cu ildə Timely Publications adı altında daha sonra Marvel Komiks kimi tanınan şirkəti yaratdı. 1933-cü ildə Qərb pulpası ilə başlayan Qudmen komikslərin yeni yaranan və o vaxta qədər çox populyarlaşan yeni mühitinə çevrildi. Timely-nin ilk nəşri olan Marvel Comics android superqəhrəmanı Karl Burqosun ilk görünüşü, İnsan Məşəli və Bill Everett-in anti-qəhrəman Namor ilk görünüşü daxildir. Buraxılış böyük uğur qazandı.
Marvel Comics filmlərinin siyahısı
Marvel Comics əsasında çəkilmiş bədii film və cizgi filmlərinin siyahısı.