Les Concerts en Chine
Les Concerts en Chine 1981-ci ildə yazılmış və 1982-ci ildə Disques Dreyfus tərəfindən buraxılmış Jan Mişel Jarrın canlı konsert albomudur. O, Jarrın 1981-ci ilin payızında Çinə qastrol səfəri zamanı Pekində və Şanxayda verdiyi beş konsertləri zamanı qeydə alınıb. Bu konsertlər həm də Çindəki mədəni inqilabdan sonra qərb dünyasından olan bir sənətçinin Çində verdiyi ilk konsertlər idi.
Albomda Çin motivləri və ənənəvi melodiya ilə balanslaşdırılmış qədim kompozisiyalar ("Fishing Junks at Sunset") yer alır. Musiqi canlı yazılar və studiya işi ilə birləşərək tərtib edilib, ən canlı treklər Equinoxe və Magnetic Fields olub.Bu yeni aranjimanlar "Night in Shanghai (Şanxayda gecə)", "Laser harp", "Arpegiator", "Orient Express" və "Souvenir of China (Çin suveniri)"dır.