Elaeagnus hortensis subsp. continentalis
Daryarpaq iydə (lat. Elaeagnus angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin i̇ydə cinsinə aid bitki növü.
45 növ ağac və meyvə kolundan yabanı halda 2 növü yayılmışdır. İydə yabanı halda Şimali Qafqazın şərq rayonlarında, Azərbaycanın Kür və Araz çaylarının kənarlarında geniş sahələr tutur. Bu bitkinin yararlı mədəni sortları Azərbaycanın aran hissələrində olduqca çoxdur.
İydə 3–7 m hündürlükdə olur. Yabanı iydənin hündür və kol halında bitən formaları vardır. Yabanı ağacları balaca tikanlıdır.
Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir.
May-iyunda çiçəkləyir.