Curlie
Open Directory Project, ODP və ya Açıq Kataloq (ODP), həmçinin öz domen adı ilə – "dmoz" (dmoz.org) kimi tanınır və bu domen adı, onun ilk və indi də işlək olan directory.mozilla.org domen adının qısaldılmış formasıdır. Açıq Kataloq dünyanın müxtəlif yerlərindəki könüllü redaktorlar tərəfindən onlayn idarə edilən, çoxdilli, beynəlxalq bir saytlar kataloqudur.
== Tarixi ==
Açıq Kataloq Riçard Skrentoy və Bob Truel tərəfindən yaradılmış və 5 iyun 1998 -ci il tarixdə rəsmən, fəaliyyətə başlamışdır. İlk mərhələdə bu layihə GnuHoo, NewHoo, yaxud ZURL kimi tanınırdı. Kataloqun 1998 il noyabr ayının 17-si Netscape korporasiyası tərəfindən 40 050 000 dollar müqabilində satın alınması (əslində alqı-satqı oktyabr ayında artıq baş tutmuşdu) haqqında elandan sonra adı dəyişdirildi və indiki adını aldı.
== Ümumi məlumat ==
Dmoz onlarla internet kataloqun, o cümlədən Alexa Internet kataloqunun və Google axtarış sisteminin əsas bazasıdır. Amma Alexa Internet kataloqu ən yaxşı halda bir neçə gündən bir yenilənirsə, Dmoz – Açıq Kataloq, hər saniyə yenilənir və hər gün bura ictimai redaktorlar yüzlərlə yeni sayt daxil edirlər və xaric edirlər. 29 dekabr 2010-cu il tarixdə Dmoz – Açıq Kataloq, 4 778 462 saytdan ibarət idi. Redaktorlar könüllülük prinsipi ilə işləyirlər. Açıq Kataloqun məsələn, Abşeron rayonu kateqoriyasının redaktoru olmaq üçün, sadəcə, həmin kateqoriya səhifəsindəki "Açıq Kataloq Proyektində Redaktor ol" düyməsini basmaq, tələb olunan "Açıq Kataloq Proyektinə Redaktor Aplikasiyası"nı doldurmaq və redaktorluğa qəbul-edilib edilməyəcəyin barədə cavabı gözləmək lazımdır.