Cəzalandıran (film, 1989)
Cəzalandıran (ing. The Punisher) – 1989-cu ildə istehsal olunmuş ABŞ bədii filmi.
== Məzmun ==
"Cəzalandıran" ləqəbi ilə tanınan Frenk Kastl əvvəllər polis vəzifəsində işləmişdir. Polis vəzifəsində işləyən zaman mafiya bandasının başçısının oğlunu öldürmüşdür. 1976-cı ildə Nyu-York ştatının Manhetten bölgəsində yerləşən "Mərkəzi Park"da ailəsi ilə birlikdə gəzintiyə çıxmışdır. Bu zaman mafiya bandası həmin yerə hücum edir. Frenk Kastlın həyat yoldaşı və 2 qızı avtomobildə bağlı qalaraq partladılırlar. Mafiya bandası onun öldüyünü zənn edərək, buranı tərk edirlər. Lakin Frenk Kastl sağ qalır.
Ailəsi öldükdən sonra Frenk Kastl mafiya bandalarından qisas almağa başlayır.