DƏSTƏMAZ

ibadətlərdən əvvəl bədən üzvlərinin: əllərin, ayaqların, üz və başın su ilə yuyulması və məsh edilməsidir. Hədislərdə “Dəstəmaz” (vuzu) sözü təmizlik və gözəllik anlamlarında işlədilir. Dəstəmaz almaqla müsəlmanın bədən və ruhu təmizlənmiş olur. Bu baxımdan, Quranda (5: 6) dəstəmazın vacibliyi qeyd edilmişdir. Məsələn, dəstəmaz almadan namaz qılmaq, Kəbəni təvaf etmək və Qurana toxunmaq doğru hesab edilmir. Dəstəmaz alanda aşağıdakıları yerinə yetirmək vacibdir: niyyət etmək (Hənəfi məzhəbində vacib); üzü yumaq; əlləri dirsəklərə qədər yumaq; yaş əllə başı məsh etmək; ayaqları topuqlara qədər yumaq (Cəfəri məzhəbində ayaqlar yuyulmur, sadəcə yaş əllə məsh edilir). Dəstəmaz aşağıdakı ardıcıllıqla alınır: niyyət edildikdən sonra əl barmaqları, ovuclar, dişlər yuyulur; sonra ağız və burun üç kərə su ilə yaxalanır. Bundan sonra üz, sonra sağ və sol əllər üç dəfə yuyulur. Daha sonra sağ əlin (ya da hər iki əlin ovucu ilə) barmaqları ilə başa məsh edilir. Daha sonra isə öncə sağ, sonra isə sol ayaq, hər biri üç dəfə olmaqla topuqlara qədər yuyulur (Cəfəri məzhəbinin davamçıları sağ əllə sağ, sol əllə isə sol ayaqlarının üstünü topuğa qədər məsh çəkirlər). Dəstəmazı bədəndən təbii ifrazatların çıxması, insanın yuxuya getməsi və cinsi əlaqəyə girməsi pozur.
DƏRVİŞ
DƏSUKİ BÜRHANƏDDİN
OBASTAN VİKİ
Dəstəmaz
Dəstəmaz — İslamda xüsusi qayda ilə yerinə yetirilən müstəhəb əməl. Dəstəmaz aşağıdakı ardıcıllıqla yerinə yetirilir: Niyyət edilir (Niyyət etdim Allah rızası üçün dəstəmaz almağa ) Üz yuyulur Sağ əl dirsəkdən barmaqların ucuna qədər yuyulur Sol əl dirsəkdən barmaqların ucuna qədər yuyulur Başa məsh çəkilir Sağ ayaq topuğa qədər yuyulur. Sol ayaq topuğa qədər yuyulur.[1] Dəstəmaz özü-özlüyündə müstəhəb olmasına baxmayaraq namaz qılmaq üçün vacibdir. == Ümumi məlumat == Dəstəmaz alarkən niyyət etmək vacibdir. Məsələn, niyyət edib desin ki, namaz qılmaq (və ya hər hansı ibadəti yerinə yetirmək) üçün dəstəmaz alıram qürbətən iləllah. ("illəllah" demək tam əks mə’na verir bu barədə diqqətli olmaq lazımdır.) Və bu iş Allahın əmrini yerinə yetirmək üçün olmalıdır, əgər başqa niyyətlə olarsa, məsələn, sərinləmək və ya özünü başqasına göstərmək üçün olarsa, batildir. Dəstəmazda vacibdir ki, üz və əllər yuyulsun. Başın qabaq tərəfinə və ayaqların üstünə məsh edilsin. Üzü yuyandan sonra əvvəlcə sağ əli, sonra isə sol əli dirsəkdən barmağın ucuna qədər yumaq lazımdır. Dirsəyin tamamilə yuyulmasını yəqin etmək üçün bir az dirsəkdən yuxarı yuyulmalıdır.

Значение слова в других словарях