dalamaz

dalamaz
dalamaq
dalan
OBASTAN VİKİ
Dalamaz
Dalamaz (lat. Lamium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Bir, iki, yaxud çoxillik otlardır; yarpaqları dişli və bütövdür. Çiçəkləri ağ, çəhrayı, yaxud qırmızıdır, yuxarı yarpaq qoltuqlarında yerləşən yalançı süpürgə çiçək qrupunda toplaşmışdır. Meyvəsi dördtilli fındıqcadan ibarətdir. Avropa, Asiya (tropik qurşaqdan başqa) və Şimali Afrikada 40–50 növü məlumdur. Azərbaycanda 5 növü bitir. Ağ dalamaz və gövdəniqucaqlayan dalamaz geniş yayılmış alaqdır. Tərkibində aşı maddəsi, saponin, askorbin turşusu, efir yağı və s. olduğu üçün xalq təbabətində istifadə edilir.
Ağ dalamaz
Ağ dalamaz (lat. Lamium album) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dalamaz cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub yarpağının formasına görə gicitkənə oxşayır. Şimal jarımkürəsinin mülayim zonasında, keçmiş SSRİ-də hər yerdə, o cümlədən Azərbaycanda alaq bitkisi kimi yayılmışdır. Çiçək və yarpaqlarında aşı maddəsi, saponin, askorbin turşusu var. Yaxşı balverən bitkidir. == Sinonimləri == === Homotipik sinonimləri === Lamium vulgatum Benth. Lamium vulgatum var. album (L.) Benth. == Yarımnövləri == Lamium album subsp.
Dalamaz gicitkan
Dalamazkimilər
Dalamazkimilər (lat. Lamiaceae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Fəsiləyə daxil olan növlərin əksəriyyəti ot, yarımkol, kol və kiçik ağaclardır. Yarpaqları sadə olub, qarşvq-qarşıya düzülür. İkicinsiyyətli mürəkkəb çiçəkləri salxım və ya süpürgəyəbənzər çiçək qrupunda yerləşir. Fəsiləyə daxil olan 200-ə yaxın cinsiə aid 3500 növ demək olar ki, dünyanın hər yerində, əsasən, Aralıq dənizyanı ərazilərdə, həmçinin Ön və Orta Asiyada geniş yayılmışdır. Azərbaycanda dodaqçiçəklilərin 203 növü məlumdur. Dodaqçiçəklilərin bir çox növü efir yağı ilə zəngindir. Lavanda, rozmarin kimi növlərindən ətriyyatda, kəklikotu, qaraqınıq, nanə və s. kimi növlərindən təbabətdə istifadə olunur.
Dalamazçiçəklilər
Dalamazçiçəklilər (lat. Lamiales) — ikiləpəlilər sinfinə aid bitki sırası.
Rassel dalamazı
Dalamazkimilər (yarımfəsilə)
Dalamazkimilər (lat. Lamioideae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki yarımfəsiləsi.

Значение слова в других словарях