dalğacıq
dalğalandırılmaq
OBASTAN VİKİ
Dalğaqıran
Dalğaqıran (brekvater) — port akvatoriyası, dəniz, göl, su hövzələri və s.nin sahilboyu hissəsini dalğalardan (külək dalğalarından) və axınlardan mühafizə edən hidrotexniki qurğu. == Haqqında == Dalğaqıran dalğalardakı enerjini söndürür və ya dalğalar ondan əks olunaraq geri qayıdır. == Növləri == Təyinatına və konstruktiv əlamətlərinə görə hüdudlayıcı (qoruyucu) və sahil qoruyan dalğaqıranlar olur. Hüdudlayıcı dalğaqıran liman akvatoriyasının girişində, sahilə toxunmayan hissədə yerləşdirilir. Belə dalğaqıranlar bütöv (şaquli və ya maili profilli, eləcə də qarışıq tipli), açıq (su buraxmaq üçün deşikləri olan), üzən, pnevmatik və hidravlik növlərə ayrılır. Gəmiçilik işləri dalğaqıranın bir və ya hər iki tərəfindən yerinə yetirilə bilər. Şaquli profilli bütöv dalğaqıranlar qra vitasiyalı və yortaclı olur. === Qravitasiyalı dalğaqıran === Qravitasiyalı dalğaqıran beton bloklardan (400 t-adək), yaxud daş əsas üzərində qurulmuş böyük diametrli örtüklərdən (qabıq konstruksiyalardan) düzəldilir. Yortac tipli dalğaqıran (iki cərgəli, yaxud özəkli konstruksiya) qruntla doldurulub bərkidilmiş yortac və ya şpuntdan qurulur. Maili profilli bütöv dalğaqıranlar yamacları bərkidilmiş və ya bərkidilməmiş torpaq damba növlərinə ayrılır.

Значение слова в других словарях