dağaşıran
dağavar
OBASTAN VİKİ
77-ci dağatıcı diviziya
Serqo Orconikidze adına Qırmızı Bayraqlı 77-ci dağatıcı diviziya — İkinci Dünya Müharibəsi illərində SSRİ Silahlı Qüvvələrinin hərbi hissəsi, milli Azərbaycan hərbi birləşməsi (1940-cı ilə qədər). == Tarixi == 1920-ci il oktyabrın 20-də Bakıda 1-ci birləşdirilmiş azərbaycanlı fəhlə və kəndli sovet atıcı diviziyası kimi yaradılmışdır. 1924-cü ilə qədər hərbi birləşmə Qırmızı Bayraqlı Qafqaz ordusunun ərazi vahidinə daxil idi. 1929-cu ildə diviziya dağatıcı heyətinə çevrildi. SSRİ Hərbi Respublika Şurasının 29 oktyabr 1930-cu il tarixli 218 nömrəli əmri ilə hərbi birləşmə Serqo Orjonikidzenin adı ilə adlandırıldı. 1935-ci ildə diviziya "Qırmızı Bayraq" ordeni ilə təltif edildi. Hərbi Nazirliyin 21 may 1936-cı il tarixli 072 nömrəli əmrinə uyğun olaraq nömrələnmə dəyişikliyinə görə diviziya Serqo Orjonikidze adına 77-ci Azərbaycan Dağatıcı Qırmızı Bayraq Diviziyası adlandırıldı. 1937-ci ilin iyulunda diviziyanın komandiri Q.M Vəzirov həbs edilmiş və güllələnmişdir. Dviziyanın digər zabitləri də repressiyaya məruz qaldılar. 1938-ci ilin may ayında 77-ci Azərbaycan dağatıcı diviziyasının 2-ci artilleriya diviziyası həyəcan siqnalı ilə qaldırıldı və qatarla Uzaq Şərqə göndərildi.