Daşbulaq (Gədəbəy)
Daşbulaq (əvvəlki adı: Qorelsk) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Qaradağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Arıqdam kənd inzibati ərazi dairəsi tərkibindəki Qorelsk kəndi Daşbulaq kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Daşbulaq kəndi Arıqdam kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qaradağ kəndi mərkəz olmaqla, Qaradağ kənd inzibati ərazi dairəsi yaradılmışdır.
== Toponimikası ==
Yaşayış məntəqəsi ərazisindəki eyniadlı bulağın adı ilə adlandırılmışdır.
== Coğrafiyası və iqlimi ==
Kənd dağlıq ərazidə yerləşir.
== Əhalisi ==
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 480 nəfər əhali yaşayır.
=== Tanınmış şəxsləri ===
Aşıq Şahsuvar — Aşıq.
== İqtisadiyyatı ==
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.