Kolxida daşsarmaşığı
Kolxida daşsarmaşığı (lat. Hedera colchica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. Qafqazda, Türkiyədə, Kiçik Asiyada, İranda rütubətli subtropiklərdə yayılmışdır.
== Botaniki təsviri ==
Hündürlüyü 30 m-ə çatan güclü, lianaşəkilli, həmişəyaşıl koldur. Zoğları nazik, qısasorucu köklüdür. Meyvə verən zoğları isə qalın və tüklüdür. Yarpaqlarının uzunluğu 25 sm-ə qədər, müxtəlif formaalı: parlaq dərili, bütöv, bəzən üç hissəli, yaşıl və spesifik qoxuludur. Payızda çiçəkləyir. Çiçəkləri ikicinsli, beşhissəli, yaşılımtıl-sarı, 12-35 ədədi çətirşəkilli hamaşçiçəklərə yığılmışdır. Saplaqlarının uzunluğu 2-3 sm-ə çatır.