DEMODEKOZ
is. \[lat. demodecosis\] tib. kosmet. Demodeks gənəsi tərəfindən yaranaraq üz dərisini zədələyən dəri xəstəliyi. Demodekoz yalnız üz dərisini zədələyir: yanaqları, burunu, alını, çənəni, dodaq ətrafı dərini, daha nadir hallarda – göz qapağını.