DENIAL

n 1. inkar etmə, danma, inkar; təkzib etmə; to issue a flat / strong ~ qəti təkzib dərc etmək; to meet the charge with a flat ~ ittihamı qəti rədd etmək; ~ of facts dəlilləri təkzib etmə; 2. hüq. günahı / suçu rədd / inkar etmək; ~ of a fault / of one’s guilt günahkar olduğunu inkar etmə; 3. rədd etmə; boyun qaçırma, imtina etmə; ~ of smb.’s request bir kəsin xahişini yerinə yetirməkdən imtina etmə

DEN
DENIGRATE
OBASTAN VİKİ
Denial of Service
DoS — xidmətdən imtina hücumu (ing. denial-of-service attack, rus. aтака типа отказ в обслуживании) – şəbəkə hücumunun bir növü. Veb-saytın, veb-serverin və digər şəbəkə resursunun normal işini pozmaq və ya çətinləşdirmək məqsədilə həyata keçirilir. Bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir. Server öz resurslarını bağlantı qurmağa və xidmət göstərməyə sərf edir, sorğuların müəyyən axınının qarşısında isə "tab gətirmir". Çox zaman bu hücumlar iqtisadi təzyiq məqsədilə edilir: gəlir gətirən xidmət dayanır, provayderdən gələn hesab şişir, hücumun qarşısını almaq üçün görülən tədbirlər əlavə xərclərə səbəb olur. Bu hücumları müxtəlif üsullarla həyata keçirirlər. Üsullardan biri serverə çoxsaylı sorğuların göndərilməsidir, serverin resursları onların emalı üçün yetərli olmadıqda serverin işi çətinləşə və ya pozula bilər. Bu növ hücumdan qorunmaq üçün adi trafiklə müqayisədə aşırı trafikin mənbələri təhlil olunur və onların qarşısı alınır.