dermatofobiya
dermatoqram
OBASTAN VİKİ
Dermatoqlifika
Dermatoqlifika (q.yun. δέρμα «dəri», δέρματος + γλύφω «kəsirəm, həkk edirəm») – insan orqanizmini baxışdan keçirmək üçün, insanın ovuc içi və pəncələrinin dərisinin naxışlarının əlamətini öyrənən psevdo-elmi üsuldur. Dermatoqlifik əlamətlər bəzi xromosom və çoxfaktorlu xəstəliklərin, zehni geriləmənin markerləri ola bilər, həm də etnodiaqnostik əlamətləri ola bilər, bundan əlavə olaraq şəxsiyyətin identifikasiyasında istifadə olunur. Lakin 2009-cu ilin hesabatında göstərildiyi kimi, “elmi” əsas elmi metoddan çıxarılan nəticələrə deyil, subyektiv müqayisəyə əsaslanır. Rusiyada 2016-cı ildə dərc edilən Yalan elmlərlə Mübarizə Komissiyasının 1 nömrəli memorandumu dermatoqlifikaya həsr olunub. Tədqiqatçıların fikrincə, dermatoqlifika xiromantiyaya xas olan bir sıra xüsusiyyətlərə malikdir, eyni zamanda bir sıra başqa psevdo-elmi anlayışlara, məsələn, sosionika, astrologiya və s. Elektron tibdə dermatoqlifik tədqiqatların nəticələrinin tətbiqi əhəmiyyət kəsb edir. Dermatoqlifika termini H.Kummins və C.Midlonun adı ilə bağlı olsa da, elmi istiqamət kimi Qaltonun klassik “Fingerprints” kitabının nəşri ilə tanındı. Qaltonun əsas tədqiqat obyekti şəxsi identifikasiya sisteminin inkişaf etdirilməsi olmasına baxmayaraq, o, barmaq izi ilə təsvir olunan bioloji variasiyanı, uzunmüddətli tədqiqatlar zamanı barmaq izlərinin dəyişməz xarakteristikalarını, varisliyi məsələlərini araşdırmışdır. O, öz elmi araşdırmalarının nəticəsi olaraq qeyd edir ki, əldə, xüsusən də ovuc hissədə olan xətlərin insanın xromosom dəstinin müəyyən edilməsində, müəyyən gen xəstəliklərinin hələ simptomları özünü büruzə vermədən tanınmasında rolu böyükdür[3].