diabaz

diabaz (geol.)
di 2021
diabet
OBASTAN VİKİ
Diabaz
Dolerit və ya diabaz — dolerit və ya ofit quruluşlu, iri və orta dənəli aydın kristallik bazalt == Haqqında == Massiv teksturlu; nadir hallarda badamdaşlıdır. Əsasən plagioklaz (labrodor, labrodor-bitovnit) və piroksendən (avgit, pijonit, pijonit-avgit) ibarətdir. Onlar müvafiq olaraq 2:1 nisbətindədir. Olivinli növündə olivinin miqdarı 10% (bəzən bir qədər də çox) olur. Az miqdarda titan-maqnetit, bəzən ilmenit, xallkopirit, pirit olur; aksessorlardan — apatit, sirkon, qranat, rutil, sfen iştirak edir. Sill, dayka və ştoklar əmələ gətirir. Yer qabığının stabil zonaları üçün səciyyəvidir (əsasən qədim platformalar — Sibir, Afrika, Hind, Şərqi Avropa); okean hövzələrində, demək olar ki, rast gəlmir. Növləri tərkibinə, quruluş və teksturasına, törəmə dəyişilmələrinə, indeksinə və yatım şəraitinə görə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Diabazovıye adaları
Diabazovıye adaları — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının mərkəzi hissəsində yerləşir. Komsomoles cənub-şərq qutaracağında, Obrivistiy burnundan 1,7 km aralıda yerləşir. Arxipelaqa daxil olan ən böyük 700 metr uzunluğa, 300 metr enə, ən kiçik ada isə 450 m uzunluğa, 250 m enə sahibdir. Çoxunun sahilləri sıldırımlıdır. Burada maksimal hündürlük 59 metrdir. Adalar arasında məsafə 300 metrdir.

Значение слова в других словарях