DİAGENEZ

(yun. dia-hadisənin qurtarmasını göstərən əlavə söz və genesis-yaranma) yer qabığının üst zonasında, quruda və su hövzələrinin dibində əmələ gələn kövrək çöküntüləri çökmə süxurlara çevirən təbii fiziki-kimyəvi proseslərin məcmu. диагенез diagenesis
DİAGENETİK ÇATLAR
DİAKLİNAL ÇAYC
OBASTAN VİKİ
Diagenez
Diagenez, Gumbel, 1888; Walter, 1893 - etimoloji baxımdan diagenez sözu "dəyişilmə" və ya "yenidən əmələ gəlmə" mənasını verir. Elə buna görə də onu iki mənada işlədirlər. Tədqiqatçıların bir qisimi diagenez dedikdə çöküntünün ilk halından metamorfizmə qədər olan bütün dəyişilmələr məcmusunu nəzərdə tutur və Qərb litoloji ədəbiyyatında diagenez məhz bu mənada başa düşülür. Digər tədqiqatçılar isə çöküntü yalnız ilk anlarda, yəni onun çöküntü süxura çevrilməsinə qədər baş verən dəyişilmələri nəzərdə tutur və sonrakı dəyişmələri isə xüsusi mərhələlər (katagenez və metagenez), yaxud da erkən metamorfizm mərhələsi kimi ayırırlar. Rus və Azərbaycan geoloji ədəbiyyatında diagenez məhz bu mənada işlədilir. Diagenezin geokimyası formalaşmaqda olan çöküntü süxurlarda kimyəvi elementlərin miqrasion prosesləri (o cümlədən səpələnmə və konsentrasiya). Erkən və gec diagenez mərhələləri üçün bu proseslər müxtəlif olur. Diagenezin erkən mərhələsində geokimyəvi proseslər əsasən hipergen tipli olub oksidləşmə proseslərinin üstünlük təşkil etməsi, həll olma və yenidən kristallaşma, su axını təsirindən maddələrin yerdəyişməsi, həmçinin dibyanı makro- və mikroorqanizmlərin həyat fəaliyyəti ilə bağlı olan müxtəlif dəyişilmələrlə səciyyələnir. Diagenezin gec mərhələsində kimyəvi elementlərin miqrasiyasının əsas şərti sərbəst oksigenin itməsidir. Bu zaman oksigen parçalanan üzvi maddələrin oksidləşməsinə, Elektrik hərəkəti qiymətini mənfi 500 mV qədər azalması ilə bərpaedici mühitin inkişafına sərf olunur.

Значение слова в других словарях