Diakon

der; -s u. -en, -e protestan kilsəsinin qulluqçusu
Diagramm
Diakonisse
OBASTAN VİKİ
İon Diakonesku
İon Diakonesku (25 avqust 1917 Argeș rayonu - 11 oktyabr 2011, Buxarest) — Rumıniyalı anti-kommunist aktivist və siyasətçi. Rumıniyada kommunist dövründə, on yeddi il ərzində siyasi məhbus kimi həbs edilib: 1947-1964-cü illərdə. Diakonesku daha sonra Xristian Demokratik Milli Kənd Partiyasının lideri oldu. İon 1917-ci ilin 25 avqustunda Almaniya işğalında olan Boțești (Argeş rayonu) ərazisində, keşiş ailəsində dünyaya gəlib. Daha sonra hətta yaşlı vaxtlarında öz doğma torpaqlarını ziyarət edirdi. Ailəsində uzun bir "monastır ənənəsi" var idi, üzvlərinin çoxu keşiş və ya rahiblər idi. 1936-cı ildə, 19 yaşındakı Diakonesku Rumıniya Kənd Təsərrüfatı Partiyasının üzvü oldu. Eyni zamanda Politexnik Universitetində - Elektrik Sistemləri Fakültəsində 1942-ci ildə məzun olduğu Buxarestə getdi. Daha sonra Diakonesku Milli İqtisadiyyat Nazirliyində texniki rəyçi işləmişdir. 1947-ci ildə Diakonesku onun siyasi fəaliyyəti səbəbindən nazirlikdə vəzifəsindən uzaqlaşdırılıb.