dies

pron. bu; ~ und das o bu, filan behman; ayın-oyun
Dienstvorschrift
diesbezüglich
OBASTAN VİKİ
When the Music Dies
When the Music Dies (azərb. Musiqi öləndə‎) — 2012 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün seçilən Səbinə Babayevanın müsabiqədə ifa etdiyi mahnı. Mahnı qabaqcıl Avropa musiqi istiqamətləri və Azərbaycan ənənəvi musiqisinin müstəsna qarışığından yaranmışdır. Mahnının yazılmasında milli musiqi alətləri olan kamança, balaban, qaval və davuldan istifadə edilmişdir. Mahnıda həmçinin muğam elementlərini də eşitmək olar. Mahnı üzərində Oqtay Şərifov, Sərxan Vahabov, Şirzad Fətəliyev, Yaşar Baxış və muğam ustası Alim Qasımov birlikdə işləmişlər.
Diesel
Diesel – italyan dizayn və həmçinin brend geyim və aksessuar firması. Şirkət 1978-ci ildə Molvenada Rentso Rosso və dostu Adriano Qoldşmid tərəfindən yaradılmış və təsis edilmişdi. Diesel Only the Brave adlı holdinqinə daxildir. Şirkətin illik gəliri 1,5 mlrd € təşkil edir. 1978-ci ildə Rentso Rosso AG Jeansdən olan və onun keçmiş müdiri Adriano Qoldşmid (Adriano Goldschmied) birgə yeni kompaniya yaratmağa qərar verdilər, bu indiki Diesel firmasının başlanğıcı idi. Diesel markası altında geyim, ətir və bir çox digər parfüm növləri, ayaqqabı, alt paltarları, aksessuarlar buraxılır. Hətta bir zaman avtomobil Fiat 500 və motosikl Ducati buraxılmışdı. Kompaniya özü istehsal ilə məşğul deyil; digər fabrikalarda sifarış edirdi. Həmdə 2012-ci ilə verilmiş statistik göstəricilərə görə, firma istehsalının 40% italyan, 60% isə digər xarici fabrikalarda buraxılmışdı. Kompaniyanın ən iri mağazası Milan şəhərindədir.
Vin Diesel
Vin Dizel (Əsl adı: Mark Sinkler; 18 iyul 1967[…], Alamida qraflığı, Kaliforniya) — amerikalı aktyor və film prodüseri. "Forsaj" film seriyasında canlandırdığı Dominik Toretto personajı ilə məşhurlaşıb. Dizel karyerasına 1990-cı ildə başlasa da, o vaxtlar yetəri qədər tanınma qazanmamışdı. Lakin o, yazıb rejissorluq etdiyi və rol aldığı 1995-ci il "Multi-Facial" və 1998-ci il "Strays" filmi ilə hər şeyi dəyişdi. Bu filmlər kinorejissor Stiven Spilberqin diqqətini çəkdi, o, daha sonra Dizeli 1998-ci ildə lentə alınmış "Sıravi Rayanı xilas etmək" filmində çəkdi. Dizel növbəti il 1999-cu ildə çəkilmiş "The Iron Giant" animasiya filmində dəmir robotu səsləndirdi. Məşhurlaşmağa doğru gedən Dizel, "Forsaj", "XXX" və "The Chronicles of Riddick" film seriyalarında baş rollarda çəkildi. O, 2005-ci ildə "The Pacifier" filmində dayə rolunda çəkilib. Dizel 2014-cü il Marvel istehsalı "Qalaktika müfafizəçiləri" filmində Qrut personajını səsləndirib. Dizel 1995-ci ildə One Race Films film istehsalı şirkətini təsis etmişdir.