Dietilamin
Dietilamin - ikili amindir, ammonyakın törəməsidir, ammonyakın iki atom hidrogeni etil radikalı ilə əvəz olunub.
== Alınması ==
Sənayedə etanolun ammonyakla qarşılıqlı təsirindən 350-4500C temperaturda AI2O3, SİO2 katalizatorunun iştirakı ilə və ya150-2300C temperaturada Ni, Co, Re katalizatorunun iştirakı ilə alırlar. Dietilamini həmçinin ammonyakın dietil efiri ilə qarşılıqlı təsirindən, asetaldehidin aminləşmə-reduksiya reaksiyasından, habelə ammonyakın etilxloridlə etilləşmə reaksiyasından alırlar:
2C2H5Cl + 3NH3 → (C2H5)2NH + 2NH4Cl
Dietilamini laboratoriyada 4-nitrozo-N,N-dietilanilini qələvi ilə parçalamaqla da alırlar.
== Fiziki xassələri ==
Xüsusi iyə malik rəngsiz mayedir. Suda həll olur. Həmçinin aseton, etanol,dietil efirində də həll olur. Atmosfer təzyiqində su, metanol və etanolla azeotrop qarışıq əmələ gətirmir.
== Kimyəvi xassələri ==
Başqa əvəzli aminlər kimi əsası xassə göstərərək turşularla dietilammonium duzlarını əmələ gətirir:
(C2H5)2NH + HCl → (C2H5)2NH2Cl.
Nitrit turşusu ilə N-nitrozodietilaminə kimi nitrozlaşır:
(C2H5)2NH + HNO2 → (C2H5)2N-NO + H2O
Karbon turşularının xloranhidridi və anhidridləri ilə N,N-dietilamidlərə kimi asilləşir. Alkilhallogenidlər və dimetilsulfatla alkilləşir.