dinlədilmək
dinləmək
OBASTAN VİKİ
Telefon dinləmə
Telefon dinləmə (ing. Telephone tapping) — xəttə xüsusi qurğu qoşmaqla telefon danışıqlarınagizli qulaq asılması; verilənləri əldə etmək, dəyişdirmək və ya daxil etmək üçün məlumat kanalının müəyyən hissəsinə gizli qoşulma.
Xosrov və Şirinin xidmətçilərin nağıllarını dinləmələri
Xosrov və Şirinin xidmətçilərin nağıllarını dinləmələri - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçı N. Zamanov bu miniatürü "monumental sənət nümunəsi" adlandırır. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. Nizaminin "Xosrov və Şirin" poemasında, Xosrov, Şirinlə görüşü münasibətilə kef məclisi qurmuşdur. Onlar, müğənnilərin mahnısını dinləyir, ecazkar musiqi təranələrindən məst olurlar. Bu zaman sevgililər musiqiyə bir an fasilə verərək, xidmətçilərin maraqlı nağıllarına qulaq asırlar: Nizami poemasında Xosrovla Şirin iki baş qəhrəman kimi qələmə alınsalar da, şair bu surətlərin səciyyəsindəki ziddiyyəti qabarıq şəkildə verməyi lazım bilmişdir. Xosrovu görmədən, tanımadan sevən Şirin, Şapurun tərifi ilə Şirinə məhəbbət bağlayan Xosrov macərası şairin əsərində gözəl səsləndiyi kimi, miniatür dilində də eləcə gözəl və valehedici səslənməli idi. Ağamirək, "Xəmsə"yə çəkdiyi bütün miniatürlərdə olduğu kimi, bu əsərində də tutduğu qayəyə sadiq qalmış və buna görə də, onun əsərləri miniatür şərtiliyinə baxmayaraq, Nizami epizodlarının mayasından pərvazlanmışdır. Miniatürün mərkəzində, zəngin bəzədilmiş tağ-tavan altındakı geniş taxtda Xosrovla Şirin əyləşmişlər.
Xosrovun Barbedin musiqisini dinləməsi
Xosrovun Barbedin musiqisini dinləməsi — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mirzə Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. Nizaminin "Xosrov və Şirin" poemasında, Şirinin hicrində qovrulan Xosrov dərdini unutmaq üçün məclis düzəldib kefə başlayır, lakin şərab da ona dərdini unutdura bilmir. Nəhayət, əfsanəvi Barbədin füsnkar musiqisiXosrovun fərağına çatır. Nizami bu səhnəni belə təsvir edir: Gənc şah yay köşkünün yuxarı küncündə tək oturmuşdur. O, nə qarşısındakı şəraba, nə saqiyə, nə meyvə təklif edən əyyara, nə də ətrafındakı adamlara məhəl qoymur. Başını sol çiyninə əymiş şah, kədər içində Barbedin musiqisini dinləyir. Məclis izdihamlıdır. Xosrovdan bir qədər aralıda ox-kamanla yaraqlanmış bir əsgər və əlində şahin tutmuş quş ağası dayanmışdır.

Значение слова в других словарях