DIRECTORY

n soraq / arayış kitabçası; telephone ~ telefon kitabı

DIRECTOR
DIRT
OBASTAN VİKİ
Network directory
Şəbəkə kataloqu (network directory) – lokal hesablama şəbəkəsində: verilmiş istifadəçinin kompüterinə yox, başqa kompüterə adi diskdə olan kataloq. Şəbəkə kataloqunun şəbəkə disksürənindən (NETWORK DRIVE) fərqi ondadır ki, istifadəçinin yalnız kataloqa erişimi olur, diskdə saxlanılan qalan informasiya isə, əgər onun erişim hüququ yoxdursa, əlçatmaz olur. Şəbəkə kataloquna “ortaq kataloq” (SHARED DIRECTORY), yaxud “ortaq qovluq” (SHARED FOLDER) da deyirlər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Active Directory
Active Directory (AD) Windows domen şəbəkələri üçün Microsoft tərəfindən hazırlanmış kataloq xidmətidir. O, əksər Windows Server əməliyyat sistemlərinə proseslər və xidmətlər dəsti kimi daxil edilir. Əvvəlcə Active Directory yalnız mərkəzləşdirilmiş domen idarəçiliyi üçün istifadə edilmişdir. Bununla belə, Active Directory, kataloqa əsaslanan şəxsiyyətlə bağlı xidmətlərin geniş spektri üçün çətir başlığına çevrildi. Active Directory Domain Service (AD DS) rolu ilə işləyən server domen nəzarətçisi adlanır. O, Windows domen tipli şəbəkədəki bütün istifadəçiləri və kompüterləri autentifikasiya edir və onlara icazə verir, bütün kompüterlər üçün təhlükəsizlik siyasətlərini təyin edir və tətbiq edir, proqram təminatı quraşdırır və ya yeniləyir. Məsələn, istifadəçi Windows domeninin bir hissəsi olan kompüterə daxil olduqda, Active Directory təqdim edilmiş istifadəçi adı və parolu yoxlayır və istifadəçinin sistem administratoru və ya adi istifadəçi olduğunu müəyyən edir. Həmçinin, o, məlumatın idarə edilməsinə və saxlanmasına imkan verir, autentifikasiya və avtorizasiya mexanizmlərini təmin edir və digər əlaqəli xidmətlərin tətbiqi üçün çərçivə yaradır: Sertifikat Xidmətləri(Certificate Services), Active Directory Federasiya Xidmətləri (Active Directory Federation Services), Yüngül Kataloq Xidmətləri (Lightweight Directory Services) və Hüquqların İdarə Edilməsi Xidmətləri (Rights Management Services). == Tarix == Bir çox informasiya-texnoloji səylər kimi, Active Directory də Şərhlər üçün Sorğu (RFC) istifadə edərək dizaynın demokratikləşməsi nəticəsində yaranmışdır. RFC prosesinə nəzarət edən İnternet Mühəndisliyi İş Qrupu (IETF) geniş iştirakçılar tərəfindən təşəbbüs edilən çoxsaylı RFC-ləri qəbul etdi.
Open Directory Project
Open Directory Project, ODP və ya Açıq Kataloq (ODP), həmçinin öz domen adı ilə – "dmoz" (dmoz.org) kimi tanınır və bu domen adı, onun ilk və indi də işlək olan directory.mozilla.org domen adının qısaldılmış formasıdır. Açıq Kataloq dünyanın müxtəlif yerlərindəki könüllü redaktorlar tərəfindən onlayn idarə edilən, çoxdilli, beynəlxalq bir saytlar kataloqudur. Açıq Kataloq Riçard Skrentoy və Bob Truel tərəfindən yaradılmış və 5 iyun 1998 -ci il tarixdə rəsmən, fəaliyyətə başlamışdır. İlk mərhələdə bu layihə GnuHoo, NewHoo, yaxud ZURL kimi tanınırdı. Kataloqun 1998 il noyabr ayının 17-si Netscape korporasiyası tərəfindən 40 050 000 dollar müqabilində satın alınması (əslində alqı-satqı oktyabr ayında artıq baş tutmuşdu) haqqında elandan sonra adı dəyişdirildi və indiki adını aldı. Dmoz onlarla internet kataloqun, o cümlədən Alexa Internet kataloqunun və Google axtarış sisteminin əsas bazasıdır. Amma Alexa Internet kataloqu ən yaxşı halda bir neçə gündən bir yenilənirsə, Dmoz – Açıq Kataloq, hər saniyə yenilənir və hər gün bura ictimai redaktorlar yüzlərlə yeni sayt daxil edirlər və xaric edirlər. 29 dekabr 2010-cu il tarixdə Dmoz – Açıq Kataloq, 4 778 462 saytdan ibarət idi. Redaktorlar könüllülük prinsipi ilə işləyirlər. Açıq Kataloqun məsələn, Abşeron rayonu kateqoriyasının redaktoru olmaq üçün, sadəcə, həmin kateqoriya səhifəsindəki "Açıq Kataloq Proyektində Redaktor ol" düyməsini basmaq, tələb olunan "Açıq Kataloq Proyektinə Redaktor Aplikasiyası"nı doldurmaq və redaktorluğa qəbul-edilib edilməyəcəyin barədə cavabı gözləmək lazımdır.