DISTURB

v 1. narahat etmək; rahatlığını pozmaq; to ~ smb. bir kəsi narahat etmək, bir kəsin rahatlığını pozmaq; Don’t disturb father Atam / Atanızı narahat etmə / etməyin; Don't disturb yourself Özünü / Özünüzü narahat etmə / etməyin; 2. pozmaq; to ~ smb.’s rest bir kəsin rahatlığını pozmaq; to ~ the peace sakitliyi / ictimai asayişi pozmaq; to ~ smb.’s plans bir kəsin planlarını pozmaq; 3. mane olmaq; to ~ smb.’s work bir kəsin işinə mane olmaq; 4. xarab etmək, korlamaq; to ~ the apparatus cihazı xarab etmək / korlamaq

DISTRUSTFUL
DISTURBANCE
OBASTAN VİKİ
Disturbed
Disturbed — 1994-cü ildə ABŞ-də yaranmış heavy metal/nu metal qrupu. 2000-ci ilin oktyabrında "The Sickness" adlı ilk albom işləri satışa çıxarılan Disturbed, «Stupify», «Voices» və «Down with the sickness» işləriylə adını qısa müddətdə eşitdirməyi bacarır. 2002-ci ilin Mart ayında çıxardıqları "Believe" adlı albomları və burada yer alan «Prayer», «Remember» və «Liberate» kimi hitləriylə Disturbed, bir çoxları tərəfindən bəyənilir və getdikcə tanınmağa başlayır. 2005-ci ilin Mart ayında çıxardıqları "Ten Thousand Fists" adlı albomları və burada yer alan «Guarded», «Stricken», «Just Stop» və «Land of Confusion» kimi mahıları ilə Disturbed, dünya səviyyəsində pərəstiş ordusunu genişləndirməyi bacarır. Qrup, Transformerlər filmi üçün «This Moment» adlı mahnı da yazmışdır. Qrup 1994-cü ildə yaranmasına baxmayaraq, heyətin formalaşması 1996-cı ilə qədər davam etmişdir. Qrup formalaşdığı gündən bu yana 5 studiya albomu çıxarmış və bu albomlar bütün dünyada 13 milyondan çox satmışdır. Hansılar ki, son illər ərzində qrupu müvəffəqiyyətə daşıyan ən yaxşı rok albomları kimi qiymətləndirilir. Qrup hazırladığı bir çox film, kompüter oyunu və digər layihələrdə istifadə edilmişdir.