dizenteriya
dizgin
OBASTAN VİKİ
Dizenteriyalı pulikariya
Dizenteriyalı pulikariya (lat. Pulicaria dysenterica) və ya Batalıq pulikarıyası - Çoxillik, hündürlüyü 25-60 (80) sm, gövdəsi düz, adətən qalxanvari, bəzən isə süpürgəvari budaqlı, bozumtul-yaşıl, qısa yumşaq tüklü bitkidir. Yarpaqları oturaq, yumşaq, uzunsovlansetvari, ucu biz, üstdən kələkötür tüklü, altdan bozumtul keçəvari tüklü, qıraqları bütöv və ya xırda diş-dişlidir. Səbətləri yarımkürəvari oval, 7-10 mm enində, adətən, yarpaqlı uzun ayaqcıq üstündə yerləşir. Sarğısı keçəvari tüklü, yarpaqcıqları dar lansetvarixəttvari, ucubizdir. Kənar çiçəklərinin dilcikləri sarı, dar xəttvari, əyilmişdir. Toxumcaları 1 mm uzunluqda, uzunsov zəif tüklüdür, kəkili ağ, toxumcadan 3-4 dəfə uzundur. İyul-oktyabr aylarında çiçəkləyir, avqust-noyabr aylarında meyvə verir. Dizenteriyalı pulikariya kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir. Orta və Cənubi Avropa, Şimali Afrika, İran, Əfqanıstan, Rusiya, Ukrayna və Qafqazda yayılmışdır.

Значение слова в других словарях