DİZENTERİYALI

прил. дизентерийный. Dizenteriyalı xəstə дизентерийный больной
DİZENTERİYA
DİZİN-DİZİN
OBASTAN VİKİ
Dizenteriyalı pulikariya
Dizenteriyalı pulikariya (lat. Pulicaria dysenterica) və ya Batalıq pulikarıyası - == Botaniki təsviri == Çoxillik, hündürlüyü 25–60 (80) sm, gövdəsi düz, adətən qalxanvari, bəzən isə süpürgəvari budaqlı, bozumtul-yaşıl, qısa yumşaq tüklü bitkidir. Yarpaqları oturaq, yumşaq, uzunsovlansetvari, ucu biz, üstdən kələkötür tüklü, altdan bozumtul keçəvari tüklü, qıraqları bütöv və ya xırda diş-dişlidir. Səbətləri yarımkürəvari oval, 7–10 mm enində, adətən, yarpaqlı uzun ayaqcıq üstündə yerləşir. Sarğısı keçəvari tüklü, yarpaqcıqları dar lansetvarixəttvari, ucubizdir. Kənar çiçəklərinin dilcikləri sarı, dar xəttvari, əyilmişdir. Toxumcaları 1 mm uzunluqda, uzunsov zəif tüklüdür, kəkili ağ, toxumcadan 3–4 dəfə uzundur. İyul-oktyabr aylarında çiçəkləyir, avqust-noyabr aylarında meyvə verir. == Mənşəyi və yayılması == Dizenteriyalı pulikariya kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir. Orta və Cənubi Avropa, Şimali Afrika, İran, Əfqanıstan, Rusiya, Ukrayna və Qafqazda yayılmışdır.

Значение слова в других словарях