DNA (jurnal)
DNA — Avstraliyanın homoseksual auditoriyasına yönəlmiş populyar jurnal.. 2000-ci ildən bəri hər ay buraxılır. Oxucuların bir çoxu, jurnalın adının niyə DNA olduğunu soruşurlar. Onların fikrincə, bu ad "Deoyxribose Nucleic Acid" (yəni DNT) ifadəsindən gəldiyini deyirlər. Buna jurnal təsisçiləri birmənalı olaraq cavab vermədilər. Jurnalın üz qabığını əsasən amerikalı və avstraliyalı məşhur modellər bəzəyirlər. Lakin üz qabığına düşənlər sırasında sadə insanlar da olur.
Jurnalda pop mədəniyyəti, məşhurların anketləri, moda, özünəbaxım və foto mövzuları əhatə edilir. Jurnalı Avstraliyanın bir çox qəzet kiosklarında əldə etmək olar. DNA həmçinin ABŞ, Yeni Zelandiya, Böyük Britaniya, Kanada və Avropanın bir çox ölkələrində də satışa buraxılır.