Takako Doi
Takakoi Doi (土井 たか子, Doi Takako, 30 noyabr 1928[…], Kobe – 20 sentyabr 2014[…], Hyoqo prefekturası) – Yaponiya siyasətçisi və Yaponiya Sosialist Partiyasının əsas liderlərindən biri. O, Yaponiya Nümayəndələr Palatasının ilk qadın spikeri və Yaponiyada əsas siyasi partiyalardan birinə başçılıq edən ilk qadın siyasətçi olmuşdur.
Takako Doi 1928-ci ildə Yaponiyanın Kobe şəhərində doğulmuşdur. Atası həkim, anası məktəb müəllimi idi. İkinci Dünya müharibəsi zamanı yaralı bir şəxsin qolunun kəsilməsində atasına kömək etdikdən sonra pasifist olmağa qərar vermişdir. 1955-ci ildə Doşişa Universitetindən konstitusiya hüququ ixtisası üzrə məzun olmuş, daha sonra universitetin professoru olmuşdur.
1969-cu ildə Hyoqo prefekturasının 2 saylı seçki dairəsindən Yaponiya parlamentinin Nümayəndələr Palatasına seçilmişdir. Parlament deputatı olduğu müddət ərzində ot kökləri hərəkatında iştirak edərək Yaponiya konstitusiyasını və qadınlarını müdafiə etmişdir.
1986-cı ildə Yaponiya Sosialist Partiyası Doini partiya sədri seçmişdir. Beləliklə, Doi Yaponiyada əsas partiyalardan birinin rəhbəri olan ilk qadın siyasətçi olmuşdur.