Doppel

das; -s, - ikiqat, ikili; kopiya, surət
Doping
doppeldeutig
OBASTAN VİKİ
Doppel kilsəsi
Doppel kilsəsi (alm.St. Maria und Clemens) - Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki Bonn şəhərində, Şvarzheyndorf bölgəsində yerləşən kilsə. 1151-ci ildə tikilmişdir. Kilsə Almaniyanın 13 "cüt kilsə""sindən biridir. ("Doppel" almanca "cüt kilsə" deməkdir). Kilsənin iki ayrı giriş və çıxışı, iki ayrı ibadət zalı var. Cüt kilsələr xalqla varlıları ayırmaqla bərabər protestant ilə katolikkərin eyni binadan istifadə etməsi məcburiyyəti səbəbindən yaranmışdılar.
Doppelqanqer
Doppelqanqer (alm. Doppelgänger‎; hərfi. doppel - ikili, gang - addım, gänger - addımlayan, yəni sənin etdiklərini təkrarlayan) — bir şəxsin digər şəxsə eyni ilə oxşarı mənasında işlədilən Alman mənşəli termindir. Bir çox hallarda paranormal fenomen kimi də qəbul edilən bu termin adətən baş vermiş pis hadisənin nəticəsi kimi başa düşülür. Bəzi mədəniyyətlərin rəvayətlərinə əsasən şeytanın əkizi kimi də qəbul edilir. 'Doppelgänger' kəlməsi bir nəfərin başqa birinə səsindən tutmuş görünüşünə qədər və ya davranışlarıda daxil olmaqla oxşadığını ifadə etmək üçün işlədilir. Bu cür insanlar bir-birilərinə klon kimi oxşayırlar. Rəvayətlərə görə kimsə tərəfindən yaranmış hər hansı bir uğursuz hadisəyə görə təbiət insanlara o hadisəni xatırlatmaq məqsədi ilə o uğursuz hadisənin səbəbkarının doppelgängerini (və ya doppelgängerlərini) yaradır.