drap
dravidlər
OBASTAN VİKİ
Dravid dilləri
Dravid dil ailəsi — özündə 16 dili birləşdirərək 4 budağa ayrılır. Bunlar dravid, andxra, Mərkəzi hind və Şimal-qərb budaqlarıdır. Dravidin ən böyük dilləri: tamil, malayyali və kannaradır. Andxra budağına: teluqu dili daxildir. Mərkəzi hind dillərindən ən böyüyü qonda dilidir. Şimal-qərb budağı brahui dilidir ki, bu dildə əsasən şimal-qərbi Hindistanda və Pakistanda danışırlar. == Mənbə == Андронов М.С. Дравидийские языки. М., 1965. -124 с. Krishnamurti, B., The Dravidian Languages, Cambridge University Press, 2003.
Dravid dil ailəsi

Dravidlər
Dravidlər - dravid dillərində danışan xalqlar qrupu. Əsasən, Cənubi Asiyada (Hindistan, Pakistan və Şri-Lankada ; ayrı-ayrı qruplar Banqladeş və Nepalda) yaşayırlar. Dravidlər dünyanın ən qədim və inkişaf etmiş sivilizasiyalarından biri olan Hind vadisi sivilizasiyasının yaradıcıları hesab olunur. Bu sivilizasiyanın mədəniyyətində və mifologiyasında dravid elementləri aydın görsənir.. Dravid xalqları digər hind xalqlarından xarici görünüşünə görə çox fərqləndiyinə görə alimlər onları ayrıca dravid irqinə və ya Cənubi Hindistan irqinə aid edirlər.Dravid xalqlarından olan teluqular və tamillər Hindistanın iki nəhəng kinoindustirayasının yaradıcıları hesab olunur: Tollivud (teluquq dilində) və Kollivud (tamil dilində). Kino məhsullarının sayına görə onlar artıq Bollivudu üstələmiş. Dravidlərin daha çox yaşadığı Cənubi Hindistanın iki şəhəri: Banqalor və Heydərabad Hindistanın əsas elmi və industrial mərkəziləridir. Heydərəabad və Banqalor bir biri ilə hind silikon vadisi adı uğrunda mübarizə aparır. == Ümumi məlumat == Şimali, mərkəzi və cənubi dravidlərə ayrılırlar. Şimali Dravidlərə Pakistan, Əfqanıstan, İran və Türkmənistanda brahuilər, Şimal-Şərqi Hindistan, Banqladeş və Nepalda oraonlar (kurukh dilində danışırlar), Şimal-Şərqi Hindistanda (Çhota-Naqpur yaylası, Racmahal yüksəkliyi, Şilonq yaylası) maltolar və paharilər (malto dilində danışırlar); mərkəzi dravidlərə (Mərkəzi Hind silsiləsi, Vindhya, Satpura dağları, Mahadeo çayı vadisi) qondlar, khondlar, koyyalar, penqolar və s.