Dürranilər imperiyası
Dürranilər imperiyası, Dürranilər əmirliyi və ya Dürrani(Dürranilər) Şahlığı — müasir Əfqanıstan, Pakistan, Şimal-Şərqi İran və Qərbi Hindistanın ərazilərində yerləşən tarixi dövlət. 1747-ci ildə Qəndəharda Əhməd şah Dürrani tərəfindən əsası qoyulmuşdur. Əhməd şah Dürrani Nadir şah Əfşarın sərkərdəsi olmuşdur. Dürranilər imperiyası 1747-ci ildə yaranmış, 1823-cü ildə süquta uğramışdır.Dövlət ərazisində əfqanlar,pakistanlılar, farslar, Güney Azərbaycanlılar, hindlilər və vəziristanlılar(puştular) yaşayırdılar. Dövlətdə iki rəsmi dil : puştu və fars dilləri var idi.
Dövlətin bayrağında yaşıl - ağ - yaşıl rənglər var idi. Dövlət dini islam idi.